Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Burada hansısa güclü əllərin təsiri var ki, proseslər qızışsın“

«Nardaranda baş verən hadisəni çox şişirtmək lazım deyil. Sadəcə olaraq, bu prosesin arxasında dayanan insanları tapıb meydana çıxarmaq lazımdır»


Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib. 

Onun sözlərinə görə, MTN ətrafında baş verən olaylardan sonra ölkədə qarışıqlıq salınmasına cəhdin olacağı gözlənilən idi: «Mən elə sizin sayt vasitəsiylə də bu barədə xəbərdarlıq eləmişdim ki, MTN ətrafında baş verənləri arxa plana keçirməkdən ötəri müəyyən addımlar atılacaq. Çünki dövlət çevrilişinə cəhdin arxasında dayanan məmurlar hələ çöldədir. Bilirsiniz ki, Nardaran hadisələri bu günün məsələsi deyil. Ancaq düşünürəm ki, bu məsələni o qədər də şişirtmək lazım deyil. Orda ölənlərin də elə bir günahı yoxdur. Sadəcə olaraq, görünür, hansısa güclü əllərin burada təsiri var ki, proseslər qızışsın».

Partiya sədrinin sözlərinə görə, bundan sonra da ölkədə aranı qarışdırmaq üçün müəyyən planlar cızanlar var. H.Hafiz Haceyv deyib ki, ölkəyə 18 milyard pul gətirib dövlət çevrilişi hazırlayanlar həm Avropa da, həm də hakimiyyətin içində var: «Ölkədə qarışıqlıq yaratmaq istəyənlər də onlardır. Bu adamlar prezidentə müəyyən mənada təzyiq göstərmək üçün oyunlar qururlar. Ancaq bunun qarşısını almaq lazımdır. Ümumiyyətlə, bunu yaxşı hal hesab eləmirəm. Nardaranda ölənlər də, həlak olan olan polislər də bizim millətdəndir. Bu hadisəni daha da qızışdırmaq yersizdir. Nə qədər ki, Eldar Mahmudovun «spisoku» ortaya çıxmayıb, dövlət çevrilişindən sonra kimin prezident, kimlərin nazir olacağı ilə bağlı məlumatlar açıqlanmayıb, bu cür qarışıqlıqlar davam edəcək».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar