Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar”

“Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox “artırıb”


Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.
 
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün V tur çərçivəsində “Roma” ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün “Vanda Metropolitano” stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı “Qarabağ”dan asılı olacaq.
 
Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: “Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədi. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, “Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidi. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.
 
Qeyd edək ki, sona 2 tur qalmış “Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider “Roma”nın 8, “Çelsi”nin 7, “Qarabağ”ın isə aktivində 2 xal var.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar