Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Buna qarşı susanları başa düşmürəm” - Siyavuş Novruzov

“Bu günə qədər bir dənə də Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən adını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirirlər. Belə çıxır ki, ermənilər artıq istirahət edə bilərlər, çünki artıq onların funksiyasını yerinə yetirən var”


 Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib. 
 
O qeyd edib ki, bu yaxınlarda Kölndə azərbaycanlıların 31 mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə də həmin şəxslərin təxribat cəhdi bunu sübut edib: “Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar