Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu “referendum” ermənilərin bəd niyyətini göstərir” - Necdet Ünüvar


Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan "referendum"la bağlı bəyanat yayıb



PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki,  qondarma rejimin keçirmək istədiyi "referendum"un beynəlxalq hüququn əleyhinə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in prinsiplərinə zidd addım olduğunu diqqətə çatdıran Necdet Ünüvar qeyd edir ki, Xocalı soyqırımının ildönümünə bir neçə gün qalmış "referendum" keçirilməsi cəhdi ermənilərin bəd niyyətini və təhrikçiliyini bir daha göstərir. İşğal faktının davam etməsi məqsədilə atılan bu addım sülh danışıqlarına güclü zərbə vurur. Bu qanunsuz "referendum"un nəticələri Türkiyə tərəfindən tanınmayacaq.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün ilk növbədə işğala son qoyulmalı və 1 milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlı öz ata-baba yurduna qayıtmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin ədalətli və uzunmüddətli həllini tapmalıdır.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "referendum"u pisləyən kəskin bəyanat yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar