Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu yaşıma kimi qrimi özümə yaraşdırmadım” - Flora Kərimova

Xəbər veridiyimiz kimi, stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın makiyajla görünüşünü dəyişib


Axşam.az-ın məlumatına görə, müğənninin yeni fotoları ötən gün sosial şəbəkədə ən çox müzakirə edilən mövzulardan olub.

Kərimova fotosunu paylaşaraq, təəssüratlarını bölüşüb:

“Bu yaşıma kimi makiyajı, qrimi özümə yaraşdırmamışam. Üzümdəki hər cizgini Allahın lütfü bilib taleyimin naxışı sanıram, amma Anar - böyük anlamda sənətinin sənətkarı olan gəncin əl işi sizlərin yazdığı hər bir gözəl sözlərə layiqdir və düşünürəm ki, onun simasında yaradıcılığı mədəniyyətə, təmsil etdiyi sənətə töhfədir. Anar sadə olduğu qədər deyilən hər tərifə layiq bir istedaddır.

Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləyirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın içində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona “sağ ol” deyirəm. Anar işinin rəssamıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar