Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu tamamilə absurd və məsuliyyətsiz bir yanaşmadır”


Arif Hacılını istefaya çağıran təşkilat sədrinə cavab gəldi


Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik hələ də davam edir. 

Bir sıra gənclər yeni seçilmiş başqan Arif Hacılıya etiraz olaraq partiya sıralarını tərk etdi. Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri və Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev də moderator.az-a açıqlamasında A.Hacılının başqan seçilməsinə qarşı olduqca kəskin mövqe bildirib.

R.Əliyev bu seçimin ədalətsiz olduğunu, partiya nizamnaməsinə cavab vermədiyini vurğulayıb: “Dəfələrlə dilinizdən eşitmişəm ki, Azərbaycanda iki mühüm vəzifəni şərəfli post hesab edirsiniz. Bunlardan biri Azərbaycan prezidenti, digəri isə Müsavat başqanı olmaqdır. Amma lütfən, fikirlərimi qəribçiliyə salmayın, sizin seçildiyiniz şəkildə arzuladığınız vəzifələrə yiyələnmək nə sizə, nə də uzun illər yükünün altına çiyninizi verdiyiniz Müsavata yaraşır. Öz üzvlərinin iradəsinə xor baxan başqan imiciniz Azərbaycan xalqının beynində yaxşı əks-səda yaratmır. Nəyin bahasına olursa-olsun, başqan seçilmək həvəsiniz vəzifəpərəstlikdən irəli gəlirmiş kimi görünür.

Arif bəy, özünüzün və partiyamızın adı ətrafında yaranan bu xoşa gəlməz şübhə sisini sizin bir addımınız dağıda bilər. Bu addım isə istefanızdır. Siz bəlkə də başqan olmaq ehtirasınıza qalib gəlməklə ölkəmizin ən böyük siyasi-mənəvi bəlasına çevrilmiş "öz yerində olmamaq" sindromunun ortadan qaldırımasında böyük bir nümunə gösrətmiş olacaqsınız". Mən Sizə səslənirəm, Arif bəy, özünüzdə təpər tapın, bütün gedənləri Müsavata qaytaracaq o addımı atın. Bu ancaq sizin istefanızla reallaşa bilər. Buyurun, Arif bəy, yüksək ideallarımız naminə  istefa verin!"



Müsavat Partiyasının Məclis üzvü Elman Fəttah R. Əliyevin dediklərinə münasibət bildirib. E.Fəttah “Yeni Müsavat”a açıqlamasında bunun absurd və məsuliyyətsiz bir yanaşma olduğunu dedi: “Bu onun şəxsi mövqeyidir. Mən ona şərh vermək istəmirəm. Amma qurultayın iradəsi var və Arif Hacılı başqan seçilib. Kimisə istefaya çağırmaq tamamilə absurd və məsuliyyətsiz bir yanaşmadır. Hansısa məsələdən narazılıqları varsa, bunu nizamnamə çərçivəsində həll etməlidirlər. Filankəsi istefaya çağırıram, nə bilim filan hadisə olsun demək məsuliyyətli açıqlama deyil. Xüsusilə də rayon təşkilatının sədri üçün belə bir məsuliyyətsiz yanaşmalar təəssüf doğuru


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar