Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


“Xankəndində hərbi obyektləri və Xocalı aeroportuna raket zərbələri vurmasında heç bir əngəl olmamalıdır. Ermənistanda martın 2-də Parlamentdə prezident seçkiləri keçiriləcək. Hakim Respublika partiyasının və Serj Sarkisyanın namizədliyini irəli sürdüyü Armen Sarkisyanın prezident seçilməsi gözlənilir.

Yeni konstitusiyaya uyğun olaraq icra hakimiyyətini baş nazir həyata keçirəcək. Aprel ayında növbəti seçkilərdə Serj Sarkisyanın baş nazir kimi seçilməsi struktur planın tərkib hissəsidir. Təbii ki, Ermənistanda hakimiyyətin bu bölgüsü Kreml tərəfindən razılaşdırılıb. Bu ölkədə struktur dəyişikliklər, Qarabağ münaqişəsinin nizamlanmasına təsirsiz ötüşməyəcəyini qeyd etməliyəm.

Azərbaycan üçün maraqlıdır ki, apreldən sonra Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar hansı formatda gedəcək. Baş nazir kimi Sarkisyan danışıqları aparsada qərar vermək səlahiyyəti olmayacaq. Birinci, bunun həll edici qərar versədə parlamentin razılığı lazımdır. Qərar ilk növbədə parlamentdən asılı olacaq. ikinci, müxtəlif fraksiyalardan təmsil olunan parlament Qarabağ məsələsində Sarkisyana güzəştə getməyəcək. Sarkisyanda bunda maraqlıdır. Üçüncü, əgər prezident danışıqları aparasa, dövlət başçısı kimi onunda bu məsələdə qərar vermək səlahiyyəti yoxdur. Serj Sarkisyan bundan sonra imitasiya olaraq, özünü nə qədər kompromisə açıq və sülhə meyilli göstərəcək. Çünki, bu məsələdə həll edici qərar parlamentdi.

Göründüyü kimi, artıq Ermənistanda Qarabağ danışıqlarının nəticələri parlamentdən asılı olacaq. Artıq  bu siyasi gedişat Serj Sarkisyana sərf edir. Daima yaxasını kənara çəkib, parlamenti qabağa verəcək. Parlamentdə müxalifət yaradıb, kifayət qədər çalışacaqlar danışıqlar prosesini sabotaj etsinlər.

Qeyd edim ki, aprel ayından sonra Qarabağ probleminin həlli ilə bağlı diplomatik danışıqların heç bir müsbət nəticəsi olmayacaq. RusiyaABŞ-da Ermənistana heç vaxt bu məsələdə təzyiq etməyəcək.

Qarabağ konfliktinin canlanması, yalnız Azərbaycan tərəfindən aslıdır. Yay ayları cəbhədə hərbi əməliyyatların aparılması üçün hava və coğrafi şəraitdə imkan veri ki, Azərbaycan anti-terror əməliyyatlarına başlayıb, ilk zərbəni Xankəndində hərbi-strateji obyektlərə vursun. 

Separatçıların yuvası olan Xankəndi hədəfə alınarsa, Xocalı arroportu və digər hərbi obyektlər vurulmalıdır. Bundan sonra Ermənistan tərəfi və Minsk qrupunun həmsədrləri problemin ciddiliyini bir daha anlayacaq.

Artıq, Qarabağ münaqişəsinin həlli diplomatik çərçivə ilə bağlı deyil. Diplomatik danışıqlarda həmsədrlər Azərbaycana məqbul olmayan şərtlər irəli sürür”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar