Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu şirkətə heç bir aidiyyatım yoxdur“


Asim Mollazadə: “Heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam”


Azərbaycanda bir çox deputatların sahibkarlıq fəaliyyətilə məşğul olduğu, qeyri-rəsmi şəkildə müxtəlif biznes qurumlarına rəhbərlik etməsi artıq heç kimə sirr deyil.

Millət vəkilləri Əsabil Qasımov, Ağalar Vəliyev, Xanlar Fətiyev, Fərhad Qəribov, Ərəstun Cavadov, Əlağa Hüseynov və digərləri buna misal göstərilə bilər.

Bəzi millət vəkillərinin isə tam məxfi şəkildə sahibkarlıq fəaliyyəti göstərdiyi, müxtəlif biznes layihələrində ortaq pay aldığı da iddia olunanlar arasındadır.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadənin qapalı biznes fəaliyyəti ilə məşğul olduğu, ABŞ-da yaşayan qardaşı Ceyhun Mollazadə ilə birgə “Sazz” şirkətinə ortaq olduğu iddia olunur.

PİA.AZ xəbər verir ki, editor.az yayılan məlumatlara aydınlıq gətirmək üçün Milli Məclisin deputatı, ADİP sədri Asim Mollazadənin özü ilə söhbətləşib.

Millət vəkili açıqlamasında bildirib ki, “Sazz” şirkəti onun deyil: “Mənim uzaqdan-yaxından bu şirkətə heç bir aidiyyatım yoxdur. Mən bu məlumatları birmənalı şəkildə təkzib edirəm. İndiyə qədər heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam və olmaq niyyətim də yoxdur. Mən siyasətçiyəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar