Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik


İran səfirliyi deputat Zahid Orucun açıqlamasına cavab verib


İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Milli Məclisin deputatı Zahid Orucun yerli mediada yayılan açıqlamasına cavab verib.

Səfirlikdən musavat.com-a göndərilən açıqlamada qeyd olunur ki, səfirlik təəssüf hissi ilə Z.Orucun səsləndirdiyi fikirlərin iki ölkə münasibətlərinə xələl gətirdiyini bildirir. 

Sitat: “İki qardaş və qonşu ölkə və millət arasında münasibətlərin inkişaf etdiyi bir dövrdə bu kimi mənasız və ölçülüb-biçilməmiş fikirlərin hansı ölkənin mənafeyi üçün söylənildiyi bəlli deyil. Zahid Oruc cənabları öz iddialarında İranı il ərzində 40 ton narkotik maddəni Azərbaycan gənclərini yoldan çıxarmaq və ailələri dağıtmaq məqsədi ilə Azərbaycana daxil etməkdə ittiham edir. Əgər belə bir söz adi bir vətəndaş və ya siyasət aləmindən təcrid olunmuş bir şəxs tərəfindən dilə gəlsəydi, bəlkə də onu dilə gətirən şəxsin niyyətində şəkk etməzdik”.

Açıqlamada İranın narkotik vasitələrin tranzit yolunda yerləşdiyi və iki ölkə arasında narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə sahəsində əməkdaşlığın olduğu vurğulanır: “Zahid Oruc cənabları İranın heç bir vəchlə narkotik maddələrin istehsalçısı olmadığı və bizim ölkələrin narkotik maddələrin Avropaya tranzit yolunda yerləşdiyini, eyni halda Azərbaycan Respublikasının təhlükəsizlik orqanları ilə İran İslam Respublikasının hüquq-mühafizə orqanları arasında narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə sahəsində yaxın və dəqiq əməkdaşlığın olduğunu bildiyi halda, onun bu kimi sözləri yalnız İranAzərbaycan düşmənlərini sevindirmək hədəfi ilə dilə gətirdiyini söyləmək olar. Təəssüf hissi ilə bildiririk ki, Zahid Oruc kimi şəxslər İranAzərbaycan arasında dostluq və qardaşlıq münasibətlərini sevməyən ölkələr əlində nifrət və yalan məlumatların yayılması hədəfi ilə sui-istifadə alətinə çevrilir”.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Şöbəsi

Saytın qeydi: bu məsələ ilə bağlı hörmətli millət vəkili Zahid Orucun münasibəti olsa, onu da dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar