Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün dünyada müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir”


“Əgər əvvəllər Qərbi Avropaya inteqrasiya arzulanırdısa, bu gün fərqli tendensiyalar səbəbindən bu arzu ilə bağlı xəyal qırıqlığına uğrayanlar çoxdur


Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”.

APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
 
B. Muradova bildirib ki, Azərbaycan belə bir dünyada öz müstəqilliyini qorumaq, ayaq üstündə durmaq erasına qədəm qoyub: “Belə bir mühitdə məqsədinə çatmaq üçün yolunu düzgün seçməlisən. Bizim ərazimiz işğal olundu, milyonlarla insanlarımız qaçqın və məcburi köçkün düşdü. Bu gün də bizi təhdid edən təhlükələr var. Biz bu təhdidlərə qarşı çevik reaksiya verməliyik. Heydər Əliyev belə ziddiyyətli dünyada balanslaşdırılmış siyasət yeritməklə xalqımızın maraqlarını təmin etməyin mümkünlüyünü ortaya qoyub. Bu gün Azərbaycan modeli dünyada öyrənilməkdədir”.
 
B. Muradova qeyd edib ki, Azərbaycanın dünyanın bəzi dairələrinin yanlış yolla getdiyini, öz yolunun düzgün olduğunu sübut etməkdədir: “Azərbaycan müstəqilliyini əldə etmiş ölkələr arasında ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, dünyada mili və dini baxımdan sivilizasiyalar arasında dialoqun vacibliyini Təhlükəsizlik Şurasına sədrliyi dövründə çatdırmağa çalışdı. Azərbaycan bununla da ortaya qoydu ki, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür və beynəlxalq təşkilatları idarə etmək qabiliyyətindədir. Azərbaycan əhəmiyyətli bölgədə yerləşir və bu bölgənin bizə qazandırdığı üstünlüklərdən xalqlar və millətlərin birgə yaşaması, xalqımızın rifahı üçün istifadə edir”.
 
B. Muradovanın sözlərinə görə, Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması bir neçə amillə bağlıdır: “Bunlardan birincisi Heydər Əliyev məfkurəsinə söykənən azərbaycançılıq ideyasıdır. Biz Azərbaycanı daha da yüksəkliklərə qaldıracağıq”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar