Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün Tramp üçün Qarabağ münaqişəsi kimi həllediləsi bir problem yoxdur”- Politoloq


Zaur Məmmədov: “Cənubi Qafqaz məsələsinin yaxın bir ildə ABŞ-ın baxış bucağına daxil olacağını gözləmirəm”


“Mən deməzdim ki, Ermənistana olan yardımın kəskin şəkildə azaldılması Trampın Ermənistana heç də xoş olmayan münasibəti kimi  dəyərləndirilməlidir”.

Bu sözləri politoloq Zaur Məmmədov ABŞ-ın inkişaf etməkdə olan ölkələrə ayırdığı yardımı azaltmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində bildirilir ki, ABŞ Dövlət Departamenti inkişaf etməkdə olan ölkələrə yardımı üç dəfə azaldacaq və ya tamamilə ləğv edəcək. Bu ölkələr sırasında Azərbaycan da var. ABŞ-ın Azərbaycana ayırdığı yardım Ermənistana göstərilən yardımla müqayisədə çox kiçikdir.Məlumata əsasən, Ermənistana ayrılan yardım 77,3% azaldılacaq. İlk dəfədir ki, ABŞ Ermənistana olan yardımını azaldır. Bu günə qədər də Tramp Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq fikir nümayiş etdirməyib. Ermənistana olan yardımın kəskin şəkildə azaldılması Trampın Ermənistana heç də xoş olmayan münasibəti kimi dəyərləndirilə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Zaur Məmmədovun fikirlərini öyrənib.

Картинки по запросу zaur məmmədov pia.az

Zaur Məmmədov: “İnkişaf etməkdə olan ölkələrə ayrılan milyardlar orduya yönləndiriləcək”.


ABŞ-ın Ermənistana ayırdığı yardımı azaltmasının Trampın Ermənistana qarşı xoş olmayan münasibətindən yaranmadığını vurğulayan politoloqa görə, ABŞ həmin vəsaiti orduya ayırmağı planlaşdırır:

Donald Tramp prezident seçiləndən sonra, özünün də, bəyan etdiyi kimi inkişaf etməkdə olan dünya ölkələrinə maliyyə yardımı məsələsində, eləcə də beynəlxalq təşkilatların maliyyələşdirilməsində mühüm azaltmalar etmək niyyətindədir. Tramp ABŞ-dan külli-miqdarda lazımsız maliyyə yardımlarının edilməsinin qəti əleyhdarıdır. Bu məqsədlə istər beynəlxalq təşkilatlara, istərsə də inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımı 2018- ci ildən başlayaraq azaldılacaq.  ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə Dövlət Departamentinin ümumi büdcəsi 37% azaldılacaq. İnkişaf etməkdə olan ölkələrə ayrılan milyardlar orduya yönləndiriləcək. Ona görə də, yeni qərarda təəccüblü heçnə yoxdur. 

Mən deməzdim ki, Ermənistana olan yardımın kəskin şəkildə azaldılması Trampın Ermənistana heç də xoş olmayan münasibəti kimi  dəyərləndirilməlidir. Bu, ümumi maliyyə islahatının bir hissəsidir. Təsəvvür edin, ABŞ yaxın müttəfiqi sayılan  Ukraynaya yardımı 69% , yəni,  570 milyondan 170 milyona qədər azaltmağı planlaşdırır. Gürcüstana isə gələn il ABŞ-dan 47 milyon 512 min dollar əvəzinə 28 milyon dollar azaldılacaq.

Trampın  Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq fikir nümayiş etdirməməsinə gəlincə, bu gün Tramp üçün Qarabağ münaqişəsi kimi bir həllediləsi problem yoxdur. O, hakimiyyətə yeni gəlib.  Daxili siyasətdə ABŞ da köklü islahatlardan tutmuş müxtəlif qüvvələrlə mübarizəyə qədər, xarici siyasətdə isə Şimali Koreyadan tutmuş, RusiyaSuriya kimi problemlər ilə məşğul olacaq. Cənubi Qafqaz məsələsinin yaxın bir ildə ABŞ-ın baxış bucağına daxil olacağını gözləmirəm. İndi, dünyada kifayət qədər aktual, qlobal problemlər var”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar