Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu cür işgəncə verməkdə məqsədiniz nədir?!”


Eldar Sabiroğlunun bəyanatı


Bu yaxınlarda 9 il həbs cəzası verilmiş keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu oğlunun saxlanma şəraiti ilə bağlı bəyanat yayıb.

 Bəyanatda deyilir:

“Bu gün səhər 11:00 radələrində Rüfət evə zəng etdi. Danışarkən çox pis öskürür və taqətsiz görünürdü. O, mənə bərk soyuqladığını və hal-hazırda temperatura altında olduğunu bildirdi. Xəstələnməsinin səbəbini soruşarkən Rüfət bildirdi ki, qaldığı kameranın pəncərəsinin şüşəsi olmadığına görə, gecələr soyuqdan, küləyin səsindən yata bilmir. Dəfələrlə pəncərəyə şüşə salınması barədə müraciət etsə də, buna əhəmiyyət verən olmayıb və təcridxanada şüşənin olmadığı onun nəzərinə catdırılıb.

Biz hansı dövrdə yaşayırıq, dustağı beləmi şəraitdə saxlayırlar? Mən qətiyyən inana bilmərəm ki, o böyüklükdə təcridxanada pəncərəni örtə biləcək adi şüşə təbəqəsi olmasın. Çox güman ki, bunu bilərəkdən edirlər və bununla Rüfəti işgəncə altında saxlamaqla ona təziqlər göstərirlər. Yaxşı, qanunsuz hökmlə 9 il müddətinə azadlıqdan məhrum etdiniz. İndi bu soyuq havada bu cür işgəncə verməkdə məqsədiniz nədir?! Bəlkə xəstələndirib öldürmək istəyirsiniz? Ayıbdır belə şeylər. Yoxsa Rüfət hansısa əsirlikdədir?…

Artıq onunla ailəsinin görüşlərinə də maneçiliklər törədirlər. Başqaları üçün həftədə iki dəfə olduğu halda Rüfətlə görüşə həftədə bir dəfə icazə verilir. Oğlumdan soruşdum ki, saxlanma şəraitindən və münasibətdən həmişə razılıq edirdin, o isə cavabında dedi ki, istəmirdim indiyəcən hansısa şikayətlə məşğul olum və sizi də buna görə narahat edim. Deməli, məsələ başqa cür imiş. Dustağa göstərilən bu münasibət ölkədə bəyan edilən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bir araya sığmır.

Mən qəti olaraq öz etirazımı bildirir və Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirəm ki, Rüfətə qarşı tətbiq edilən bu işgəncə metodu təcili aradan qaldırılsın və dustağın saxlanma şəraitindəki ciddi problemlərə diqqət artırılsın”.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar