Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu cür hallar heç Sovet dövründə də olmayıb” - Ekspert


“Son günlər baş verən kütləvi zəhərlənmə hadisənin səbəbi maarrifləndirmə işinin zəif aparılması, istehsal sahəsinin inhisara alınması, nəzarətsizlik və idarəetmənin iflasa uğraması ilə bağlıdır”


“Hökumət kənd təsərrüfatını sanki bir təcrübə poliqonu kimi görür. Nazirlər bir neçə il bu işi öyrənməyə cəhd edirlər heç nə alınmır və kənd təsərrüfatı da bərbad hala düşür”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son zamanlar pambıq tarlalarında baş verən kütləvi zəhərlənməyə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu günlərdə Saatlı, Tərtərİmişli rayonlarında pambıq tarlasında zəhərlənmələr müşahidə olunur. Belə ki, iyunun 10-da Saatlıda pambıq tarlasında baş verən  kütləvi zəhərlənmədə 23 nəfər kənd sakini  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilirdi.

İyunun 16-da isə Tərtər rayonun Səydimli kəndində kütləvi zəhərlənmə qeydə alınıb. Təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənən şəxslərdən 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. 

Üç gün əvvəl isə İmişli rayonunda pambıq sahəsində becərmə işləri aparan işçilər arasında kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 80-ə yaxın olduğu bildirilib. Baş verən hadisə ilə bağlı kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər. Nazir İnam Kərimov bildirib ki, həm İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl , Salyan SaatlıTərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır. “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanlar arasında qadınların və uşaqların olduğu da bildirilir. 

Dünən isə Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib. Axşam saatlarında yayılan məlumata əsasən Yevlaxın Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər. İlkin məlumatlara görə, 16 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir.

Son vaxtlarda bu cür  halların aktiv hal almasının səbəbi nədir? Son illərdə belə hadisələr demək olar ki, müşahidə olunmurdu. Baş verənlərlə bağlı nazir İman Kərimov hadisələrin Baş Prokurorluq tərəfindən araşdırıldığını bildirib. Hazırda bu halların artması və az qala kütləvi xarakter alması təxribat xarakterli ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrənib.

Image result for vahid məhərrəmov

Vahid Məhərrəmov: “Azərbaycan tarixində ilk dəfədir ki, pambıq tarlalarında bu cür hal baş verir”.


Kənd Təsərrüfatı Nazirliyində qeyri-peşəkarların çox olduğunu vurğulayan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova görə, kütləvi zəhərlənmə hadisənin səbəbi maarrifləndirmə işinin zəif aparılması, istehsal sahəsinin inhisara alınması, nəzarətsizlik və idarəetmənin iflasa uğraması ilə bağlıdır:

“Son günlər baş verən kütləvi zəhərlənmə hadisənin səbəbi maarrifləndirmə işinin zəif aparılması, istehsal sahəsinin inhisara alınması, nəzarətsizlik və idarəetmənin iflasa uğraması ilə bağlıdır. Yəni, bu sahədə qeyri-peşəkarların sayı artıb və onlar prosesin necə və nə üçün aparıldığını bilmirlər. Nəticədə isə xoşagəlməz hallar yaşanır. Hətta bu hallara səbəbkar olan şəxslər məsuliyyətə cəlb olunmur. 

Söhbət ondan gedir ki, insanlar bu hallardan əziyyət çəkirlər, təsərrüfat ziyanla üzləşir. Əgər baş verən hadisə təxribatdırsa, bu daha pisdir. Çünki İnam Kərimov vəzifəyə təzə gəlib və başa düşməli idi ki, onu qısqananlar olacaq. Bu baxımdan daha çevik işləməlidir. Məsuliyyətlər hiss edilmədikcə, hansısa nailiyyətə sahib olmaq qeyri-mümkündür. Yəni, təxribat üçün yer qoyulmamalı idi. Bu istiqamətdə çox ciddi işlər görülməli idi və görülməlidir. Bu cür hallar heç Sovet dövründə də olmayıb. Azərbaycan tarixində ilk dəfədir ki, pambıq tarlalarında bu cür hal baş verir”.

Kənd təsərrüfatı üzrə ekspert hesab edir ki, Saatlı rayonunda baş verən hadisədən sonra tam nəzarət vacib idi. Vahid Məhərrəmovun sözlərinə görə nazirliyin rayonlarda və aparatda kifayət qədər işçiləri var. Çox təəssüf  ki, onlar bu işlərə çox məsuliyyətsiz yanaşırlar: 

“Hökümət Kənd  Təsərrüfatını sanki bir təcrübə poliqonu kimi görür. Nazirlər bir neçə il bu işi öyrənməyə cəhd edirlər heç nə alınmır və kənd təsərrüfatı da bərbad hala düşür”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar