Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu çıxışla Sarkisyan özünü biabır etdi” –Baş nazirin müavini


"Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə həyasızlığın, abırsızlığın ən yüksək səviyyəsinə qalxdı"


Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib.

Ə.Həsənov bildirib ki, S.Sarkisyan bu çıxışı ilə özünü bütün dünya qarşısında biabır etdi: “Sən bir ölkənin ərazisinin 20 faizini işğal et və sonra bu ölkəyə irad tut. Bu nə deməkdir?! Bu çıxışla Sarkisyan özünə nifrət qazandı və özünü bütün dünya ictimaiyyəti qarşısında biabır etdi. O, tərbiyəsizliyini, mədəniyyətsizliyini və etik normalara əməl etmədiyini göstərdi. Sarkisyan çıxış edərkən əzilir, büzülür, xof içində idi. Günahkar insanlar necədir, elə idi”.

Baş nazirin müavini bildirib ki, Sarkisyan çıxışı ilə insanlığın ən aşağı səviyyəsinə düşdü.

O qeyd edib ki, hər iki xalq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yorulub.

Ə.Həsənov deyib ki, ermənilər Sarkisyan-Köçəryan rejimindən canlarını qurtarmalıdırlar: “Onlar heç zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, xalqımızın qanını tökməklə hakimiyyətə gəliblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar