Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu Türkiyəyə yaraşan hərəkət deyil” - Politoloq


Qabil Hüseynli: “Türkiyənin miqrant məsələsi ilə Avropa Birliyi ölkələrini təhdid etməsinin əzabını öz vətəndaşları çəkəcək”


“Mən Daxili İşlər naziri Süleyman Soylunun bu çıxışını türk xalqının maraqlarına və istəklərinə zərərli bir ifadə kimi qiymətləndirirəm”.

Bu sözləri politoloq Qabil Hüseynli Türkiyənin  Daxili İşlər naziri Süleyman Soylunun, “Avropaya hər ay 15 min miqrant göndərək, ağılları çaşsın”, fikirlərin PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Türkiyə ilə Avropanın bir neçə ölkəsi arasında münsaibətlər kəskin pisləşib. Türkiyədə keçiriləcək referendumda Erdoğan partiyasının dəstəklənməsi üçün Avropada aparılan təbliğat kampaniyası Qərb ölkələrini daha ciddi şəkildə narahat etməyə başladı. İlk olaraq Almaniya ilə pisləşən münasiblər sonra Hollandiya ilə davam etdi. Dünən isə Türkiyənin  Daxili İşlər naziri Süleyman Soylu çıxışında qeyd edib ki, “İstədiklərini öz tərəfdaşlarına etdirə bilmədilər. İndi isə  başqa yollarla elətdirməyə çalışırlar. Hollandiya, Almaniya, biz bunları anlamırıq? Biz seçkiləri orada keçirmirik ki, oranın konstitusiyası dəyişsin. Bu bizim daxili məsələmizdir, bundan sizə nə?  Çox arzu edirsinizsə, sizinlə "Geri göndərmə" müqaviləmiz var.  İstəsəniz, sizə göndərmədiyimiz hər ay 15 min miqrantın yolunu açaq, ağlınız çaşsın”.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Qabil Hüseynli: “Türkiyənin səlahiyyətli şəxsi miqranlarla bağlı bu fikri söyləməklə bir daha təsdiq edir ki, Avropaya miqrant axının yaranmasında Türkiyənin rolu var”.


Qabil Hüseynli qeyd edib ki, Türkiyə Avropa ölkələrin miqrant axını ilə təhdid edirsə, bu heç NATO üzvü olan və Avropaya can atan ölkəyə yaraşan hərəkət deyil:

“Türkiyənin miqrant məsələsi ilə Avropa Birliyi ölkələrini təhdid etməsinin əzabın öz vətəndaşları çəkəcək. Yəni Türkiyə Avropa ölkələrin miqrant axını ilə təhdid edirsə, bu heç NATO üzvü olan və Avropaya can atan ölkəyə yaraşan hərəkət deyil. Həmçinin miqrant məsələsi ilə Avropanı Türkiyənin səlahiyyətli şəxsi olan nazir təhdid edir. Bildiyimiz kimi miqrantların başqa ölkələrə getməsin təşkil edən Türkiyə vətəndaşlarıdır. Yəni türk vətəndaşları Türkiyədə hazırlanan botlar vasitəsi ilə miqrantları başqa ölkələrə aparırlar. Türkiyənin Sahil Təhlükəsizlik Qüvvələri də bəzən bu işə dırnaqarası baxır.

Əslində Türkiyənin səlahiyyətli şəxsi miqranlarla bağlı bu fikri söyləməklə bir daha təsdiq edir ki, Avropaya miqrant axının yaranmasında Türkiyənin rolu var. Mən hesab edirəm ki, Türkiyə Avropaya miqrant axınında maraqlı olmamalıdır. Çünki onsuz da, Avropada türklərdən ibarət böyük bir miqrant ordusu var. Buna görə də Türkiyənin Avropaya daha çox miqrant göndərməsi oradakı türk vətəndaşlarının xeyrinə olmayacaq, onlara qarşı yerli əhalidə mənfi rəy formalaşacaq. Türkiyəli nazirin belə danışması qınanılan hərəkətdir. Mən Daxili İşlər naziri Süleyman Soylunun bu çıxışını türk xalqının maraqlarına və istəklərinə zərərli bir ifadə kimi qiymətləndirirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar