Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu Tramp Ziya Məmmədovu yüz faiz zibilə salacaq” – Həftənin sitatları


Azər Həsrət: “...O pis qızların dostları sırasında çox yaxından tanıdığım siyasət adamları, hətta bəzən millət vəkilləri və alimləri belə görürəm. Görürəm və heyrət edirəm: əcəba, bu adamlar bu pis qızın dostluğunda nə gəzir?”


“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “Kuba Parlamentinin 612 yerinin hamısını Kuba Kommunist Partitası tutur. Görəsən onların Araz Əlizadəsi, Fəzail Ağamalısı, nə bilim Asim Mollazadəsi yoxdur? Nə gündəsən ay Kuba!”

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir”.

Rusiyanın “Arqumentı Faktı” qəzeti: Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın yeni prezidenti Donald Tramp dünyadakı nizamı birlikdə yaratmalıdır. Dünyanın belə güclü liderlərə yenidən ehtiyacı var”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov: “Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından dərs keçmək istəyən ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər və insanları necə alçaldıb təhqir edirlər. 1992-ci ildə erməni diasporası tərəfindən Amerikada olan ermənipərəst konqresmenlərə on milyonlarla vəsait verdilər və nəticədə ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktına” 907-ci əlavənin həyata keçirilməsinə nail oldular”.

Almaniyanın “Die Welt” nəşri: “Neft lənəti” ifadəsi hansı anlama gəlir: “Güclü səy göstərmədən gəlir qazanmaq, təkmilləşdirmə aparmadan zənginlik əldə etmək, böyümədən durğunluq keçirmək”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev:Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Ermənistan prezidentinin də şəxsən qatıldığı Sankt-Peterburq görüşündə müzakirə olunan təkliflər də bunu nəzərdə tutur”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Dövlətin sütünü olan MTN-də  bu faktlar ortaya çıxdısa, görün o biri nazirliklərdə vəziyyət necədir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:ABŞ elə bir dəyərlərə malikdir ki, bu dəyərlər hələ uzun müddət dünyada aparıcı rola malik olacaq”.

Jurnalist Şəmşad Ağa: “Fidel öldü - lənətlənməli əfsanə idi...”

Almaniyanın “Die Welt” nəşri: “Çox tezliklə Tramp Putinlə qarşılaşacaq, onda dünyanın ən qüdrətli liderlərinin önündə hərb və sülh barəsində sual meydana gələcək. Onda dünya nəfəsini çəkib, buradan çıxacaq nəticəni gözləyəcək. Tarix heç yana getmir, o özünün əsas elementləri ilə hərdən təkrar olunur. Onlar isə öz növbəsində həqiqətin sirlərini aşkarlayaraq, təhlükələri üzə çıxarır”.

Millət vəkili Zahid Oruc:Avropa türkün olmaya bilər, lakin Türkiyənin Avropa olmasını heç kəs qadağan edə bilməz!”.

Eks-prezident Ayaz Mütəllibov: “Mən o vertolyotda komandamı itirdim, xalqımız da – Qarabağı…”

Politoloq Şahin Cəfərli: “Jirinovski azərbaycanlıları qoyun adlandırır, Qarabağı müstəqİl dövlət kimi tanımağa çağırır, hökumətimiz onu Bakıya dəvət edib, ən yüksək səviyyədə qəbul edir. Jirinovski Türkiyəni düşmən adlandırır, İstanbula atom bombası atmağa çağırır, Türkiyə hökuməti onu dəvət edib, ən yüksək səviyyədə qəbul edir. Bir millət, iki dövlət...”.

“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı: “Müxalif düşüncəli gənclər hər kəs barədə təhqir epitetləri ilə danışmağı xoşlayırlar”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə: “Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”.

Vəkil Aslan İsmayılov:  “Mən sizi əmin edirəm ki, bu gün istənilən nazirliyə gedib yoxlasan, - Səhiyyə Nazirliyidir, İqtisadi İnkişaf Nazirliyidir, Vergilər Nazirliyi və başqa, - hər yerdə eyni vəziyyətdir. Axı, illərlə yazırlar ki, paketlə pul verilir”.

Jurnalist Anar Gəraylı: “Ərdoğan dünən Avropa Parlamentinin Russia Today və “Sputnik”lə bağlı qərarlarını tənqid eləyib, AP-ni söz azadlığını, azad medianı boğmaq qınayıb. Məsələ burdadı ki, “Sputnik”ə Türkiyədən giriş bir neçə ay əvvələ qədər qadağan idi”.

Jurnalist Əlşir Əhəd: “Atılmağın cəminə təcrübə deyilir”.

Gənc yazar Kəramət Böyükçöl: “Həmid Herisçiyə sponsorluq eləyən olsaydı, özü haqqında dəhşətli sirlər açardı”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:Azərbaycanlı təfəkküründə FİDEL kimi KİŞİ dünyaya az-maz gəlir...”.

Tanınmış jurnalist Azər Həsrət: “...O pis qızların dostları sırasında çox yaxından tanıdığım siyasət adamları, hətta bəzən millət vəkilləri və alimləri belə görürəm. Görürəm və heyrət edirəm: əcəba, bu adamlar bu pis qızın dostluğunda nə gəzir?”

İqtisadçı ekspert Natiq Cəfərli: “Trampın vədləri dolların bütün dünyada yenidən möhkəmlənməsinə səbəb olacaq”.

Əməkdar artist Elza Seyidcahanlı: “Qonaq olaq, Tozanaq olaq. Cukka, cuka, cakka cuka. Cukkada, cukkada. Rakkada cukkada”.

Jurnalist Anar Gəraylı: “Türkiyə Ərdoğan təkbaşına iqtidara gələndə hardaydısa, 14 il sonra yenidən həmin yerə qayıdıb. Qonşularla problem, ağır iqtisadi böhran, Avropa İttifaqı ilə problemlər. Sıfır xəttindən 10-nu görüb, yenidən sıfıra qayıtmağın göstəricisi isə Ərdoğanın tək adam olmaq iddiaları ilə paraleldir”.

“Xural” qəzetinin baş redaktoru Əvaz Zeynallı: “Dünən gecə səhərə qədər Böyük Mustafa Kamal Atatürkü görmüşəm yuxuda. Məndən imtahan götürürdü...”

Jurnalist Eldəniz Elgün: “Bu Tramp Amerikanı bilmirəm amma Ziya Məmmədovu yüz faiz zibilə salacaq”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:London-Praga loukosterləri 20 avroya, yəni 38 AZN-ə öz mayalarına ziyan dəymədən uçuş həyata keçirə bilirlər. Hətta 10 avroya Praqa-Krakov reysləri var. Ancaq Bakıdan Naxçıvana 50 manata il boyu tam dolu təyyarələrlə hərəkət edən reyslərə görə AzAL dövlət büdcəsindən subsidiya alır”.

Eks-prezident Ayaz Mütəllibov: “O zaman SSRİ-nin çökməsi Qarabağdan başladı. Düşünülmüş şəkildə. Özü də ozamankı rəhbərliyin hamısının xəbəri var idi. Qorbaçov işin içindəydi, 2-3 nəfər də ətrafındakılar… Əslində onlar gözləmirdilər ki, Azərbaycan belə bir hay-küy qaldıracaq, bu cür reaksiya verəcək. Etirazlar eşidiləndən sonra çaş-baş qaldılar və bilmədilər ki, nə etsinlər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev:Azərbaycan xalqı üçün əbəs yerə “dözümlü xalq”dır deməyiblər. Mən bu xalqı Xoşqədəmin verilişindəki yaşlı Saməddin dayıya bənzədirəm, Xoşqədəmi də hökumətə. Xəstə (xalq) həkimin əlil arabasında can verdiyi bir məqamda, “onun ayağını bağla, bir kub iynə vur, yatsın”, deyən Xoşqədəm (hökumət) kimi təsəvvür edirəm. Xalq bu hökuməti dəstəkləmək üçün gərək qarşılıq görə, amma xalq heç zaman hökumətin dəstəyini isti münasibətini görmədi. Ənənəvi müxalifət də ölüm ayağındadır”.

İqtisadçı ekspert Natiq Cəfərli: “Tramp dönəmi əgər bəyan etdiklərinin heç olmasa yarısını həyata keçirə biləcəksə və bu yöndə müəyyən addımlar atacaqsa, bu dolların bütün dünyada yenidən möhkəmlənməsinə, daha güclü hala gəlməsinə səbəb olacaq”.

“Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev: “Cəmil müəllim alimdir, tarixçidir. Mən bir dəfə onun kitabını oxumaq istədim, 20 səhifədən artıq oxuya bilmədim...  Alim kimi yaxşı ola bilər. Amma maraqsız yazır. Konseliarikdir də. Söhbət üslubdan gedir. Tarixi təsvir etməkdən gedir”.

Tanınmış vəkil Aslan İsmayılov: “Bu gün Azərbaycan məmurlarının 90 faizi həbs olunmalıdır, hüquq-mühafizə orqanlarının da 99 faizi...”

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “Kuba Parlamentinin 612 yerinin hamısını Kuba Kommunist Partitası tutur. Görəsən onların Araz Əlizadəsi, Fəzail Ağamalısı, nə bilim Asim Mollazadəsi yoxdur? Nə gündəsən ay Kuba! Nə antidemokrat ölkəymiş e…”.

Şair Ramiz Rövşən: “Mən o sözü deyirəm ki, görürəm onu məndən başqa heç kim ya deyə bilmir, ya da cəsarət etmir…”

Sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev: “İstər Ermənistan, istərsə də Gürcüstanın siyasi praktikasında formalaşan vəziyyət budur ki, nə olursa-olsun, hakimiyyət qanuni prosedurla dəyişməlidir. Odur ki, hərbi çevriliş gözləmək artıq olardı. Əvvəla, daxildə bunu edəcək qüvvələr yoxdur, ikincisi də artıq belə ənənə yoxdu”.

Şair, AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu: “Bura güləş zalı deyil ki, gəlib Anara məğlub olsunlar və yaxud səni yıxsınlar. Bura Yazıçılar Birliyidir, qurumdur. Kimsə istəyir, bura üzv olur, kimsə özünü burda “naqolay” hiss edir, hesab edirsə ki, AYB ona mane olur, gedir. Belə hesab edən adamlar çıxıb gedirlər. Amma mən hesab edirəm ki, daxilən azad adamlar hər yerdə azaddırlar - AYB-də də, Prezident Aparatında da, həbsxanada da. Qaldı Anara, yel qayadan heç nə aparmır”.

Tanınmış vəkil Aslan İsmayılov: “İstənilən azərbaycanlını dindir deyəcək ki, hər cür əziyyətə balaları üçün qatlaşır. Hər biri də deyəcək ki, haram pul heç vaxt xeyir gətirməz. Hər biri də haqqın carçısıdır. Bəs onda başqalarının haqqını yeyib haram pulları evə necə daşıyırlar?”

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Düşünürəm ki, dinimizin təbliği istiqamətində göstərdiyim ardıcıl, usanmaz və məhsuldar fəaliyyətimin nəticəsi olaraq, "Şeyx mükafatı"na tamamilə layiqəm”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri: “Bu gün Azərbaycan həm Şərq dünyasını, həm  nüvəsi Rusiya olan Avrasiyanı, həm də Avropa Birliyini, yəni nüvəsi ABŞ olan NATO-u seçməməklə neytral siyasət yürütməklə, əslində manevr qabliyyətini özündə saxlayır”.

Xalq artisti Flora Kərimova: “Yağış yağanda mən kimsəsizləri düşünürəm. Evsizləri, bir küncə qısılanları. Onları bir yerə toplayıb, böyük bir bina tikmək istəyirəm. Oğlumla əvvəllər kimsəsizlərə çox kömək edirdik. O vaxtlar rahat yatırdım ki, kiməsə kömək edə bildim, kiminsə qazanı mənim sayəmdə qaynayırdı. Bəlkə də ona görə yaxşı oxuyuram. Öz dərdimə oxumuram, öz dərdim yadıma düşmür. Bircə övladlarımın nisgili üzür məni”.

Tanınmış jirnalist Azər Sarıyev: “Qrip varlı məscidinin (şəhərimizdə bu cür məscidlərdən bir neçəsi var) qarşısında icra hakimiyyəti başçısının qarşısını kəsən şair kimi nəfəsimi kəsib”.

Yazar, jurnalist Zamin Hacı: “Ey gidi dünya... Bizdə istənilən qoşun komandanını qurdalasan altından siqaret və arağın bəlkə zavodu çıxar. O cümlədən, bir neçə il qabaq hərbi hava qüvvələri komandanımızı - yekə bir generalı paytaxtın ortasında cücü kimi vurub öldürdülər, nə bir nəfərin tükü tərpəndi, nə cinayətkarlar tapıldı. Ancaq iqtidara inansaq biz estonlardan, türkün sözü, huzurlu, yəni rahat yaşayırıq. Müqayisə də hesab edin, huzurludur, qüsurlu deyil”.

Yazar, jurnalist Xalid Kazımlı: İndi elə adamlar tapılacaq ki, gələn il Merkelin növbəti, dördüncü dəfə kansler seçilməsi halında, “baxın, Almaniyada da bir adam dörd dəfə ard-arda ən yüksək vəzifəyə seçilə bilir” deyəcək, bu faktdan daxili təbliğatda istifadə edəcəklər.

Politoloq Eldar Namazov: “İndiki dövrdə Qarabağla bağlı aparılan siyasət düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda ona müəyyən təzyiqlər olur. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq”.

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “İndi Anar Məmmədov Trampın dəvətnaməsinə baxıb, dərdli-dərdli düşünür: Yuxarı baxsan Azərbaycan, başqa hansı tərəfə baxsan İvanka. Nağaracuğaaa…”.

Kubanın mərhum president Fidel Kastro: “Niyə başqaları lüks avtomobillərə minə bilsin deyə bəzi insanlar ayaqlayın gəzməyə məcbur olmalıdır?”

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “Kuba Parlamentinin 612 yerinin hamısını Kuba Kommunist Partitası tutur. Görəsən onların Araz Əlizadəsi, Fəzail Ağamalısı, nə bilim Asim Mollazadəsi yoxdur? Nə gündəsən ay Kuba! Nə antidemokrat ölkəymiş e…”.

Millət vəkili Zahid Oruc: “Qüdrətli ideya sahibi olmaqla deyil, əgər xalqın önünə çıxdınsa, dünya ilə savaş cəbhəsi yaratmağa qadir olan milyonlarla tərəfdarın və hərbi gücün yoxdursa, onda səni nəinki iqtisadi sanksiyalarla, adicə çoxmərtəbəli idarəçilik piramidanın dayaqlarını dağıtmaqla sənin peyğəmbərliyinə son qoyacaqlar”.

Milli Məclisin deputatı Elmira Axundova: “Bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadi böhrandır və böhran şəraitində biz əlavə xərcləri ləğv etməliyik”.

İqtisadçı ekspert Vüqar Bayramov: “Rayonların maliyyə baxımından özünü təminatı vacib məqamdır. Çünki neft emalı dövründə rayonlar dövlətdən böyük məbləğdə vəsait alıblar. Kifayət qədər dotasiyaların verilməsi rayonlarda arxayınçılıq yaradıb. Yəni rayon rəhbərləri yeni gəlir sahələrin tapılmasında heç də maraqlı deyildilər. Dövlətdən vəsait almaq amili də nəticə etibarı ilə rayonların büdcədən asılığını gücləndirib”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Orta məktəbdəki o əcaib failun-məfailun söhbətləri olmasaydı, biz qəzəli daha çox sevərdik...”.

Gənc yazar Kəramət Böyükçöl: “Ədəbiyyatımızın saqqallı "şeyxnəsrullah"ları, toran dağılıb, quyruğunuz çöldədi, alma desəm çıxın, armud desəm, yox”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar