Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, Azərbaycana hörmətsizlikdir...”


Keçmiş xarici işlər naziri və deputatlardan Lavrova etiraz


"Bu, nə şərhdir? Buna mütləq reaksiya verilməlidir”.

Strateq.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı dediklərinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, "AzadlıqRadiosu"na deyib ki, Lavrovun bəyanatı təəccüb doğurur:

“Biz suveren ölkə kimi ölkəmizi, torpaqlarımızı qorumaq hüququna malik deyilik? Bu nə deməkdir? Rusiya bu hüquqa malik idi, öz ərazi bütövlüyünü Çeçenistanda təmin etdi, ancaq bizim belə hüququmuz yoxdur? BMT üzvü olan Azərbaycan öz torpaqlarının suverenliyini digər ölkələr kimi qoruya və bu məqsədlə lazım olan addımları ata bilməzmi?”.

​O, Sergey Lavrovun çıxışını “ermənipərəst mövqe” kimi dəyərləndirib:

Rusiya xarici işlər naziri ilk dəfə bəyan edib ki, torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır. O, Azərbaycanın üstünlük verdiyi mərhələli həldən yox, ermənilərin mövqeyinə uyğun paket həllindən danışıb. Guya istinad etdiyi BMT qətnamələrinə yanlış şərh verib. Bu, səhvdir! Həmin qətnamələrdə məsələ onun dediyi şəkildə qoyulmayıb. Əksinə, işğaldakı torpaqların azad edilməsi, yalnız bundan sonra statusun həlli tələb olunur”.

Zülfüqarov rusiyalı nazirin substantiv danışıqlara toxunmamasına da ayrıca diqqət çəkir: “Keçən il həm Rusiya, həm də Azərbaycan rəsmiləri deyirdilər ki, artıq substanstiv, yəni konkret mövzulara aid konkret danışıqların vaxtı gəlib çatıb. Azərbaycan tərəf dəfələrlə real danışıqları gözlədiyini bəyan edib. Amma bu haqda Lavrov bir kəlmə də deməyib”.

Rəsmi Bakı Rusiya xarici siyasət idarəsi başçısına cavab verməlidirmi?

Tofiq Zülfüqarov bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib:

“Keçən il baş verənləri, xarici işlər nazirinin Hamburqdakı çıxışı zamanı Rusiyanın vasitəçiliyini, Putinin rolunu xüsusi qeyd edərək təşəkkür bildirilməsindən sonra bilmirəm, bu mövqe indiki mərhələdə necə şərh olunacaq? Bəzi şeyləri, doğrusu, başa düşmürəm. Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır. Hər halda, mən bunun tərəfdarıyam. Hər bəyanat, hər çıxış azərbaycanpərəst mövqeyi əks etdirməlidir”.

Deputat Rasim Musabəyov isə Sergey Lavrovun bəyanatında “təəccüblü və yeni bir şey” görmür.

O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter daşıdığını vurğulayır: “Bununla bağlı BMT-nin qərarları var, vasitəçilər fəaliyyət göstərirlər. Belə olan halda birtərəfli qaydada bütün tələbləri qırağa ataraq, atəşkəsi pozaraq, antiterror əməliyyatı başlamaq mümkün deyil. Təbii ki, Lavrov-un cavabı bu cür olmalı idi. Burda təəccüblü bir şey yoxdur. Güclüsənsə, Lavrovun dediyini rədd etmək imkanın varsa, Avropa Birliyinin, ABŞ-ın çağırışlarına qulaq asmırsansa, buyur, öz bildiyini et! Ancaq balaca dövlətlər bunu etmək iqtidarında deyillər”.

Əslən Qarabağdan olan deputat Elman Məmmədov isə “Sergey Lavrov bu bəyanatla Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycana hörmətsizlik edir”, – deyə, Lavrovun açıqlamasına reaksiya verib

“Bu məsələ Azərbaycanın sırf daxili işidir, çünki ərazi Azərbaycan ərazisidir. Lavrov ona görə belə inamla danışır ki, son 250-300 ildə onun təmsil etdiyi ölkə, əvvəlcə çar Rusiyası, sonra sovet imperiyası, bu gün də Rusiya Federasiyası Azərbaycanın tarixi torpaqlarını hissə-hissə ona-buna bağışlayıb. XX əsrin sonlarında başlayan işğal da sovet hökumətinin köməyi və xeyir-duasıyla, silahıyla, əsgəriylə həyata keçirilib. Lavrov demək istəyir ki, bu münaqişəni biz yaratmışıq, bunun açarı da, həlli də bizim əlimizdədir”.

Ancaq deputat əmindir ki, Azərbaycan işğaldakı torpaqlarını azad edəcək.

Xatırladaq ki, Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında deyib:

"Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovsa cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının (TŞ-nin) qətnamələridir.

“Bu qətnamələrdə BMTAzərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib. Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar