Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, Azərbaycan xarici siyasətinin əsasını təşkil edir”


“Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir


Azərbaycan hazırda Avropaya təbii qaz tədarükünün diversifikasiyasında əhəmiyyətli rol oynayacaq Cənub qaz dəhlizi üçün enerji resurslarının təchizatını həyata keçirən yeganə ölkədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Business Year 2016″ jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, iki mühüm layihə – Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) hazırda gələcəkdə Avropanın qaz tələbatının 20%-ə qədərini ödəmək üçün potensialı olan Cənub qaz dəhlizi çərçivəsində reallaşdırılır.

“Enerji infrastruktur layihələri Azərbaycanın yaxın tərəfdaşları ilə əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib, Türkiyə və Gürcüstanla regional əməkdaşlığı artırıb”, – deyə XİN başçısı bildirib.

O, Azərbaycanın həmçinin, məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi və yeni Bakı beynəlxalq dəniz limanı kimi nəqliyyat infrastrukturu layihələrinə sərmayələr yatırılması hesabına əhəmiyyətli transkontinental nəqliyyat dəhlizlərinin təşviqində fəal iştirak etdiyini diqqətə çatdırıb.
“BTQ dəmir yolu xətti Cənubi Qafqazın Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqe tutmasına doğru daha bir addım olacaq”, – deyə E.Məmmədyarov vurğulayıb.

Azərbaycan yalnız özünün yox, həm də bütün regionun inkişafına yönəlmiş bütün potensial layihələrdə təşəbbüs göstərmək və dəstək nümayiş etdirməklə tərəfdaş ölkələr arasında bərabər və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində daim fəaldır”, – deyə XİN başçısı qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar