Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi


Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır


Şirkətin təqdim etdiyi bu unikal xidmətdən  yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib. Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb. 
 
“Bookmate”-ə olan marağı nəzərə alan şirkət  xidməti daha da təkmilləşdirərək abunəçilərinə təqdim edib. Belə ki, indi kitabxanada kitabların axtarışı daha rahat və daha dəqiq şəkildə istifadəçilərin ixtiyarına verilib. Bundan əlavə, kitab müəllifləri haqqında qısa məlumatlar kitabxanada öz əksini tapıb. Edilən daha bir yenilik isə oxucunun özü ilə bağlıdır. İndi hər bir oxucu oxuduğu kitabların sayını və kitab səhifələrini dostlarının nəticələri ilə müqayisə edə bilər. Nəzərinizə çatdıraq ki, mobil kitabxanaya Anar Qasımov, Qurban Səid, Patrik Suskind, Qabriel Qarsia Markes, Kobo Abe, Oşo, Koko Moyes, Cim Ron, Ameli Notomb, Henri Böll kimi müəlliflərin yeni əsərləri daxil olub. 
 
Məlumat üçün bildirək ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub. “Bookmate” mobil kitabxanasına aylıq  cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Bir məqamı da nəzərinizə çatdıraq ki, abunəçinin Bookmate əlavəsini Apple Store və ya Google Play-dən endirdiyi halda 11.80 azn ödəyir, Azercell üzərindən yüklədikdə isə istifadə haqqı cəmi 3.50 azn təşkil edir, bu da Azercell abunəçiləri üçün 70%-ə qədər qənaət deməkdir. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – smartfon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.
Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar