Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bolşeviklər Cümhuriyyətin işğalından sonra ruhaniləri güllələdilər”

Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Xalq Cümhuriyyəti – 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


BDU və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, konfransda ABŞ, Küveyt, Qazaxıstan, Polşa, Türkiyə və başqa ölkələrdən alimlər iştirak edir. 

Məhərrəmov qeyd edib ki, 1918-ci il mayın 28-də qurulmuş, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində oynadığı roldan danışıb. O deyib ki, Xalq Cümhuriyyətinin qəbul olunmuş bayrağının üçrəngli olması və islami dəyərlərin burada həkk olunması onu göstərir ki, cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib: “Təəssüf ki, 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanı işğal etdi və 23 aylıq fəaliyyətdən sonra AXC süquta yetdi. İşğaldan cəmi iki həftə sonra bolşevik hökumətinin Xalq Maarifi Komissarlığı vicdan azadlığı haqqında dekret verdi. Dekretə görə özəl və dövlət məktəblərində dini təlimin tədrisi və hər hansı dini ayinin icrası qadağan edildi. Bolşeviklər ruhaniləri xalq düşməni elan edərək əmlaklarını müsadirə edir, Sibirə sürgün edir və əksəriyyətini güllələyirdilər”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Xalq Cümhuriyyəti dövründə tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarların qəbul edildiyini söyləyib.

Millət vəkili Musa Qasımlı, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb, 2018-ci ilin “Cümhuriyyət ili” elan olunmasını yüksək qiymətləndiriblər.

Konfrans bölmə iclasları ilə davam edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar