Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim rəqəmlər doğrudur” - Palata


İcbari Sığorta Bürosu və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildə icbari sığortalar üzrə açıqladıqları yığımların həcmi üst-üstə düşmür


İcbari Sığorta Bürosu 2017-ci ildə avtomobillərin icbari sığortası üzrə yığımların 91 866 067 manat olduğunu açıqlayıb. Palata isə bu rəqəmin 92 604 047 manat olduğunu bəyan edib. Başqa sözlə, iki qurumun açıqladığı sığorta statistikası arasında 737 min manatdan çox fərq var.

Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə aydınlıq gətirib.

Palatadan bildirilib ki, ictimaiyyətə açıqlanan məlumatlar arasında fərqlərin yaranması əsasən metodoloji fərqlərdən irəli gəlir.

Palata tərəfindən açıqlanan statistik məlumatlar daha geniş məlumatları ehtiva edir. Belə ki, Palatanın məlumatlarında bağlanmış icbari sığorta müqavilələri üzrə hesablanmış sığorta haqları ilə yanaşı təkrarsığortaya qəbul edilmiş təkrarsığorta haqları da əks olunur. /”Fins”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar