Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim o vaxtkı nəsil orduya hazırlıqlı gedirdi“


"Hərbi qulluq hər bir azərbaycanlı üçün vacibdir, hər bir azərbaycanlı bundan keçməlidir. Mən vaxtilə ali məktəbdə, Neft-Kimya İnstitutunda oxuyanda bizdə güclü hərbi kafedra var idi. İxtisasımız da kimya xidməti üzrə idi. Hərbi kafedranı bitirəndən sonra Gürcüstana gedib orada hərbi toplanışda iştirak etdik. O vaxt bizim hərbi xitmətimiz bundan ibarət idi. Amma indi ali baş komandan əmr versə, mən bu gün də, 60 yaşımda hazıram ki, gedib ordumuza, xalqımıza, millətimizə kömək edim"


Bunu milli.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, həmçinin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev deyib.

Millət vəkilinin fikrincə, yeniyetmələrin, gənclərin orduya çağırışa qədərki hazırlıq məsələlərinə ciddi diqqət yetirilməlidir: "Biz məktəbdə oxuyanda yaxşı hərbi kabinetimiz var idi. Biz "Kalaşnikov" avtomatını vaxta söküb-yığırdıq, yağlayırdıq. Əleyhqazı vaxta geyib-çıxarırdıq. Xüsusi meydançamız var idi, orada sıra hazırlığı keçirdik. Bunun nəticəsi idi ki, bizim o vaxtkı nəsil orduya hazırlıqlı gedirdi. Həmin ənənələr yenə də bərpa olunmalıdır ki, indiki yeniyetmələr gələcəkdə əsgərliyə tam hazır gedə bilsinlər".

R.Əliyevin fikrincə, bu gün Azərbaycan ordusu və ordu-xalq münasibətləri çox güclüdür: "Mən bütün hərbçilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm! Son aprel döyüşləri bir daha göstərdi ki, ordumuz nəyə qadirdir. Arzulayıram ki, ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad eləsin. Bunun üçün isə bütün Azərbaycan xalqı orduya əlindən gələn köməyi etməlidir". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar