Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim Rəsul Quliyevlə nə düşmənçiliyimiz, nə də onun haqda pis fikrimiz var”


Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, mühacirətdə olan Rəsul Quliyevlə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasındakı soyuq münasibətlər yenidən düzəlməyə başlayıb


 BakiPost.az-ın məlumatına görə, uzun müddətdir, aralarında gərgin münasibətlər olan partiya sədrləri barışıb. 

Hətta R.Quliyevin partiyadaşlarına ADP-nin qərargahında yer də ayırıblar. Bildirilir ki, ABŞ-da yaşayan, xeyli müddətdir ki, aktivləşən Rəsul Quliyev ADP-yə yaxınlaşmaqla Azərbaycan müxalifətində öz rolunu gücləndirməyə çalışır. Elə buna görə də okeanın o tayından idarə olunan partiyanın yaxın vaxtlarda başqa siyasi qurumlarla əməkdaşlığa başlayacağı gözlənilir. 

 Məsələ ilə bağlı açıqlama verən Sərdar Cəlaloğlu qərargahda Rəsul Quliyevin partiyasına yer verilməsi xəbərini təkzib edib: "Onlara qərargahda yer verməmişik. Sadəcə kimin ehtiyacı varsa, gəlib bizim qərargahda tədbirlər keçirir. Qərargah mənim atamın deyil ki. Qərargah xalqın istifadə edilməsi üçündür. İndi də bizim qərargahda yer var deyə, gəlib tədbirlər və ya iclaslar keçirirlər. Onlara nəsə deyə bilmərəm axı… Hökumət bu yeri mənə verib. Mən də niyə kiməsə verməməliyəm, atamın şəxsi yeri deyil ki…”

Rəsul Quliyevla barışması məsələsinə gəlincə, partiya sədri qeyd edib ki, onlar küsülü olmayıb: "Mən Rəsul Quliyevdən küsməmişəm ki, onunla barışım. Siyasət nədir ki, biz küsüb barışaq. Bizim aramızda küsülülük olmayıb. Sadəcə olaraq Rəsulun maraqları bizim maraqlarla üst-üstə düşmədiyi üçün o bizdən ayrılıb getdi. Bu da normal bir şeydir. O elə maraqlarına görə gəlib bizlə birləşmişdi. Yoxsa onun bizlə şəxsi qohumluğu və ya dostluğu yox idi. İndi də başqa qüvvələrlə birləşib. Hər kəsi idarə edən öz maraqlarıdır”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, hansısa səbəb olduğu halda iki partiya əməkdaşlıq baş tuta bilər: "Bütün partiyalar bir-biriləri ilə əməkdaşlığa meyl etməlidir. Amma yaxın vaxtlarda əməkdaşlıq üçün hər hansı səbəb yoxdur. Səbəb olsa niyə əməkdaşlıq etməyək? Bizim Rəsul Quliyevlə nə düşmənçiliyimiz, nə də onun haqda pis fikrimiz var.  Sadəcə olaraq o dövrün şərtlərinə görə o, partiyadan ayrılmaq qərarı aldı və getdi. İndi də özünün partiyasını yaradıb. Burada qeyri-adi bir şey yoxdur. Bu bizi narahat eləmir”.

ACP-nin sədri Sülhəddin Əkbər BakiPost.az-a bildirib ki, partiyanın qərargahı "Müxalifət” qəzetinin redaksiyasında yerləşir.

Xatırladaq ki, Rəsul Quliyev ADP-dən uzaqlaşandan sonra Açıq Cəmiyyət Partiyasını yaradıb. 2013-cü ildə bu partiyanın sədriliyindən istefa verib. Hazırda partiyanın sədri Sülhəddin Əkbərdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar