Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizi qarşıda heç də firavan və rahat günlər gözləmir”


“Azərbaycanlılar nəinki dünyada, heç daxildə həmrəy deyillər”, – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yazıçı Əkrəm Əylisli AzadlıqRadiosu-na müsahibəsində belə deyib


O, Yeni İl öncəsi ayaqüstü müsahibəsində gələn ildən gözləntilərinə də toxunur: 

– Əkrəm bəy, dünya azərbaycanlıları nə dərəcədə həmrəy görünürlər?

Azərbaycanlılar heç daxildə həmrəy deyillər, o ki qala dünyada. Həmrəy olmaq üçün mənəvi əsas, mənəvi fundament tapılmayıb. O mənəvi fundament tapılandan sonra milli həmrəylikdən danışmaq olar.

– Siz İranAzərbaycan azərbaycanlılarının münasibətlərini nəzərdə tutursunuz?

-Xeyr. İran Azərbaycanı ilə bizim aramızda mənəvi irsiyyət yoxdur. Bir millət ola bilərik, ancaq mədəni və mənəvi birliyimiz yoxdur. Həmrəy olmaq üçün birgə mədəni və mənəvi inkişaf lazımdır. Biz birgə inkişaf eləmirik, axı.

– Sizcə, hansı dəyər bütün azərbaycanlıları birləşdirir?

– Necə deyim sizə… əgər biz bu dəyəri tapsaq… Əvvəla, bu dəyərin ünvanını bilmək lazımdır. Bu dəyərin ünvanını biləndən sonra o dəyər barəsində danışmaq olar.

– Son illərdə Azərbaycan dünyada diaspor biçimində təşkilatlanmağa çalışır, onlarla diaspor təşkilatı var. Sizcə, onlar Azərbaycana nə dərəcədə lobbiçilik edirlər?

– Bizim milli mənfiliklərimiz bu məsələdə də özünü hərtərəfli göstərir. Bir-birləri ilə didişir, bir-birlərini nəyə görəsə görmək istəmirlər. Bunlar hamıya məlumdur, soruşsanız da, soruşmasaz da. Hər kəs orda (diaspor təşkilatlarında – red.) nə baş verdiyini görür.

– Əkrəm bəy, bir neçə saatdan sonra il dəyişəcək. Yeni ilə Azərbaycan xalqı nə ilə gedir?

– Hər halda bu il çox hadisələr baş verdi. Yaranmış iqtisadi problemlər gələn ilə böyük ümidlər vermir. Hamımız istəyirik ki, gələn il yaxşı olsun. Həmişə hamı istər ki, gələn il bu ildən yaxşı olsun. Mən bədbin adam deyiləm, amma görürəm ki, bizi qarşıda heç də firavan və rahat günlər gözləmir. Bilirsinizmi, cəmiyyətin ovqatından asılıdır: tənəzzüləmi köklənib, inkişafamı? Cəmiyyət tənəzzülə köklənəndə, gözlənilməz hadisələr çox olur.

– Sözünüzdən belə anlamaq olur ki, bu gün Azərbaycan cəmiyyəti tənəzzülə köklənib…

– Mən onu hiss edirəm ki, bütövlükdə götürəndə, ovqat nikbin deyil.

– Əkrəm bəy, bir yazıçı kimi 2016-cı ilə bir kəlmə ilə yekun vurmaq istəsəniz, hansı sözü işlədərdiniz?

– Hansı sözlə yekun vurardım? O sözü fikirləşib tapmaq lazımdır. Siz o sözün yerini boş qoyun… Siz məndən metafora istəyirsiniz. Metafora bədahətən, havadan gəlmir, onu tapmaq üçün oturub düşünmək lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar