Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz müstəqillik üçün tarixi fürsəti əldən buraxmayacağıq”



Regnum İA, 29.06.2017


İraq Kürdüstanı ali təhsil nazirliyi magistratura, aspirantura və doktorantura departamentinin direktoru, Lebanese French University-in beynəlxalq münasibətlər kaferdrasının müəllimi Sərtib Xalis Hüseynin referendumdan sonra Ərbilin perspektivləri haqda Regnum İA cavablarını Strateq.az-a istinadən oxuculara təqdim edirik.  

-2017-ci il sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik haqda referendum keçiriləcək. Rəhbərlik niyə məhz bu tarixin üzərində durub? – Kürdüstan rəhbərliyi məhz bu tarixin üzərində durub, çünki seçkilər və referendum üzrə ali komissiya bildirib ki, səsverməyə hazırlıq üçün 100 gündən çox vaxt lazımdır. Qaldı ki, rəhbərliyin öz məqsədinə, bir neçə səbəbdən bu tarixin üzərində durub.

Birincisi, böyük müharubəni sonu yaxınlaşır. Axı beynəxalq münasibətlər tarixində dövlətlər sürəkli münaqişələrdən sonra yaranıb. Məsələn, 1618-1648-ci illərdə otuzillik müharibənin yekunları üzrə, həmçinin çağdaş İraq, Türkiyə və Suriyanı yaratmış I dünya savaşından sonra və İsrail dövlətinin elan olunduğu II dünya savaşından sonra belə olub. Hətta soyuq savaşın gedişində dünya siyasi xəritəsində 15 yeni dövlət meydana çıxıb. İndiki anda müharibə Yaxın Şərqi yenidən bürüyüb və bu bitəndən sonra bölgənin xəritəsi də yeni dövlət qurumlarının meydana çıxması ilə dəyişiləcək. Buna görə də İraq Kürdüstanı referenduma gedir. Axı bu cür növbəti fürsət yüz ildən sonra ələ düşə bilər. Və bu, fakt deyil. Zamana qayğı ilə yanaşmaq və tarixi fürsətdən yararlanmaq lazımdır.

İkincisi, Kürdüstan geopolitik baxımdan böyük dövlətlər üçün çox önəmlidir. Həm də söhbət ondan gedir ki, Ərbil Yaxın Şərqdə böyük dövlətlərin strategiyası ilə tez-tez kəsişən maraqlarını müdafiə etsin. Üçüncüsü, Kürdüstan xarici oyunçuları cəlb edən təbii resurslarla (əsasən, neft və qazla) zəngindir.

Dördüncüsü, İraq Kürdüstanı xarici siyasəti yüksəlişdədir. Bizim ABŞ, Rusiya, Fransa, Türkiyə və başqa ölkələrlə yaxşı münasibətimiz var.

Beşincisi, Kürdüstan millətin çağdaş beynəlaxalq hüquqda təsbit edilmiş öz müqəddəratını təyin etmə hüququnu rəhbər tutur.

Altıncısı, bölgəsəl durum dəyişilir. Aydındır ki, İranın Səudiyyə Ərəbistanı və Türkiyə ilə Qətər problemilə bağlı güclənmiş münaqişəsi fonunda bölgə dövlətləri Kürdüstanın müstəqilliyi məsələsinə diqqətlə yanaşmır.

Yeddincisi, İraq hökuməti Kürdüstana büdcəni dondurmaq hədəsi gəlir. Və hazırda büdcə vəsaitinin ayrılması da dayandırılıb. Bağdad kürdlərə öz vətəndaşı kimi deyil, qonaq kimi baxır. Mənim baxışımca, buna görə də indin referendum və müstəqillik üçün ən uğurlu vaxtdır. Xüsusən də hazırlanan referenduma beynəlxalq reaksiya mənfi olmadığı üçün. Lakin Kürdüstan lobbiçilərinin fəallaşması lazımdır, çünki böyük dövlətlərin dəstəyi çox da yaxşı deyil.

-İraq Kürdüstanındakı referendum Ərbillıə Tehranın münasibətlərinə necə təsir edəcək?

-İran bizim qonşumuzdur. Bu, ABŞ, Fransa və Rusiyaya bərabər önəmli ölkədir. Həm də Tehran və Ankaranın mövqeyi Ərbilin özü üçün xüsusi önəm kəsb edir. İran indiki anda Kürdüstandakı referenduma qarşı çıxış edir, çünki buna Qərb layihəsi kimi baxır. Tehran əndişələnir ki, müstəqil Kürdüstan daxili-siyasi çağırışlara dönüşə bilər. Axı İranda İraqdakından çox kürd əhali var. Tehranda ehtimal edirlər ki, İraq Kürdüstanındakı müstəqillik referendumu isə İran kürdlərini böyük siyasi hüquqlar tələbinə təhrikləyə bilər. İran hətta kürd dövlətinin yaranışında Amerika və İsrail izi görür. İraq Kürdüstanı İrana göstərməlidir ki, kürd dövlətçiliyinin meydana çıxması Tehranı heç cür təhdid etməyəcək. Bu, Qərb layihəsi deyil, kürdlərin arzusu, son dərəcə  kürd layihəsidir. Ərbil dostluğu sərgiləməkdən ötrü Tehranla sıx münasibətlərə, diplomatik təmaslaırn inkişafına isnad edir. İki ölkənin ümumi ticarət və kommersiya maraqları, həmçinin tarixi və mədəni əlaqələri var. İraq Kürdüstanı tam şəklildə Qərbə ümid bağlasa, böyük səhv buraxılacaq. Böyük dövlətlərlə – İran, Türkiyə, ABŞRusiya ilə münasibətlərdə tarazlığı saxlamaq lazımdır.

-İran İraq Kürdüstanı üzərindən Suriyaya dəmiryolu çəkir. Ərbil bu layihədə hansı perspektivlətr görür?

-Hesab edirəm ki, Kürdüstanın İranla dostluğa ehtiyacı var. Ərbil bu layihəyə qarşı deyil. İranı dəstəkləmək lazımdır ki, müstəqil Kürdüstanın yaranmasına qarşı etiraz etməsin. Ticari münasibətləri inkişaf etdirmək lazımdır. Lakin dəmiryol layihəsinin özü çətin qəbul edilir, çünki Tehran Bağdad və Dəməşqlə ittifaqa can atır. Türkiyə, Səudiyyə ƏrəbistanıABŞ-a gəlincə, onlar layihəyə qarşı çıxır. Kürdüstan burada ehtiyatlı davranmalıdır.

-Türkiyə Yaxın Şərqdə kürd dövlətçiliyi perspektivinə qısqanclıqla yanaşır. Ərbil Ankara ilə münasibətlərin kəskinləşməsinə hazırdırmı?

-Türkiyə müstəqillik haqda referenduma qarşı olduğunu bildirib, lakin Ankara faktiki əleyhinə deyil, çünki Kürdüstan Türkiyə üzərindən neft tədarük edir. Türkiyə İranİraqla münasibətləri korlamamaq üçün etiraz edəcək, amma ancaq sözdə. Faktiki olaraq referendumu dəstəkləyir, çünki bu, Ankara və Ərbil arasında böyük ticari-iqtisadi perspektivlər açır.

Türkiyə öz nəzarəti altında kürd dövləti yaratmağa razıdır. İran nəzarətindənsə bu onun üçün daha yaxşıdır. Çünki başa düşülür ki, Kürdüstan bu gün, ya sabah qaçılmazcasına dünyanın siyasi xəritəsində görünəcək. Buna görə də Ankara kürd məsələsini Türkiyə hüdudlarından kənara çıxarmaq üçün onu dəstəkləyir. Digər tərəfdən, düşünürəm ki, Kürdüstan rəhbərliyi Türkiyə, Rusiya, ABŞ və Fransanın razılığını aldıqdan sonra referendumu 2017-ci il sentyabrına təyin edib. Kürdüstan onların təqdiri olmadan bu addımı atmazdı.

-“Роснефть” neft yataqlarının işlənməsi üzrə Ərbillə saziş imzalayıb. Bu, Rusiya-Kürdüstan münasibətlərində yeni səhifədir, yaxud söhbət sıravi kommersiya sövdələşməsindən gedir? Kürd nefti dünya bazarına hansı marşrutla çıxacaq?

-Rusiya son on ildə Yaxın Şərqdə böyük rol oynayır. Moskvanın bölgədə öz strategiyası var. Buna görə də Kürdüstan Rusiya ilə ticari münasibətlərin inkişafında maraqlıdır. Axı kommersiya əlaqələri ölkələr arasındakı siyasi təmasları da irəli itələyəcək. Kürdüstanın Avropa Birliyinin möhtac olduğu böyük neft və qaz ehtiyatları var. Avropa ölkələrinin neft və qazın böyük hissəsini Moskvadan aldığı nəzərə alınsa, o, Kürdüstandakı mövqelərinin güclənməsində maraqlıdır. Əks halda onun yerini Rusiyanınkına alternativ neft və qaz tədarükünə maraqlı olan ABŞ və AB-dən şirkətlər tutacaq. Müstəqilliyin tanınması məsələsində Rusiyadan dəstək almaq Kürdüstana vacibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar