ABŞ Şimali Koreya ətrafında böhranı diplomatik yolla həll ediləcəyinə hələ də ümid edir
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Biz hələ də diplomatiyaya üstünlük veririk”, deyə R.Tillerson vurğulayıb. Onun sözlərinə görə, yeni sanksiyalar rəsmi Pxenyanı nüvə və raket proqramları ilə bağlı danışıqlara başlamağı məcbur etməyə hesablanıb.
Tillerson qeyd edib ki, tətbiq edilən beynəlxalq sanksiyalara görə KXDR-də yanacaq qıtlığı yaranıb.
“Dünya ictimaiyyəti tərəfindən məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar KXDR büdcəsinə daxil olan gəlirlər də azalıb”, deyə R.Tillerson bildirib/APA.
pia.az