Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz daha yaxşı nəticə istəyirdik”


“Qəbələ” klubunun prezidenti Tale Heydərov Azərbaycan kubokunun finalında “Qarabağ”la keçirilən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb


Apasport.az saytının məlumatına görə, komandanın çıxışını dəyərləndirən T.Heydərov gələn mövsümlə bağlı planlardan da danışıb.
 
- “Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
 
- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.
 
- Sizcə, nə çatmadı?
 
-  Məncə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz “Qarabağ” oldu. Biz də çox lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik.  
 
- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksinizmi?
 
- Bununla bağlı danışmamışıq. Yaxın günlərdə söhbət edəcəyik. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.
 
- Komanda gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaqmı?
 
- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə oyunçu almağı da düşünürük.
 
- Komandanız bu mövsüm avrokuboklardakı iştiraka görə müəyyən məbləğdə gəlir əldə etdi. Həmin pulla superulduz transfer etməyiniz mümkündümü?
 
- Bizim büdcəmiz və həmin yarışlardan əldə edilən gəlir nəyə imkan verəcəksə, ona uyğun da addım atılacaq.
 
- Avropa Liqasında hədəfiniz nə olacaq?

- Eyni uğurları davam etdirməyimizi gözləmək asandı. Komandanın qrup mərhələsinə düşməsi gözləntisi hamımızda var. Unutmaq lazım deyil ki, biz ardıcıl iki dəfə bunu bacarmışıq. Bu özü bir rekord idi. Həmin qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu özü özlüyündə çox çətin prosesdi. Ancaq qrupa qədər irəliləyə bilsək, çalışacağıq ki, orda keçəndəfəki uğursuzluğu təkrarlamayaq, xallar qazanaq və mümkün olarsa, qrupdan çıxaq.
 
- Kubokun final matçının Naxçıvanda keçirilməsinə münasibətinizi bilmək maraqlı olardı. Atmosfer necə idi? Havanın isti olmasının futbolçulara bir təsiri oldumu?
 
- Naxçıvana gəlmək çox xoşdu. Bura mənim ata yurdumdu. Burda azarkeşlərin çox olmasını görmək sevindirici haldı. Meydançanın durumuna gəldikdə, Bakıda daha yaxşı ot örtüyü olan meydança var idi. Finalı paytaxtda da keçirmək olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək verilər. “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündü. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, bu məsələlər daha yaxşı düşünülər. Əlbəttə ki, Naxçıvanda yenə oyun keçirmək istərdik. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar.
 
- Çempionluq və ölkə kuboku “Qəbələ” üçün sirli qutuya çevrilib. Böhran dönəmində klubların dağılma prosesinin sürətlənməsini nəzərə alsaq, sizdə ruh düşkünlüyü yaranırmı?
 
- Ruh düşkünlüyü yaranmır. Əgər səhvlər özümüzdən asılıdısa, burda ruh düşkünlüyü yarana bilməz. Kənardan maneələr olarsa, bu, ruh düşkünlüyü yarada bilər. Klubların fəaliyyətini dayandırması yaxşı hal deyil. Buna görə də, istərdim ki, bunun qarşısının alınması üçün kənardan dəstəklər olsun. Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz. Kənardan dəstək çox yaxşı olar.


AzMedia.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar