Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz ABŞ-la ikitərəfli əməkdaşlığın inkişafından məmnunuq”


Hikmət Hacıyev ABŞ-ın daha bir təsisatının ölkəmizdən gedəcəyi barədə xəbəri təsdiqləmədi: “Heç də təsadüfi deyil ki, ekspert dairələrində Bakı şəhəri artıq ”Qafqazın Cenevrəsi" adlandırılır"


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birmanun Azərbaycana üçgünlük səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında söylədiyi bəzi fikirlər növbəti Amerika təsisatının ölkəmizi tərk edəcəyi qənaətini yaradıb.

Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlığın mövcudluğundan danışan Birman deyib ki, son bir neçə il ərzində bizim aramızda, USAİD təşkilatının Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. “Bu məsələlər, ziddiyyətlər bizim aramızda olan ikitərəfli yardım sazişi ilə ziddiyyət təşkil edir”-deyə, o, əlavə edib. Birmanin sözlərinə görə, Azərbaycan hökumətinin nümayəndələri ilə çox açıq və səmimi şəkildə keçirilən görüşlər zamanı öz fikrini bildirib. “Sözügedən çətinliklər və məsələlərin aradan qaldırılmasını gözləyirəm. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırmaq istərdim ki, sözügedən görüşlər zamanı mənə maneələrin aradan qaldırılmasına dair zəmanətlər verilmişdi. Sizinlə görüşə gəlməmişdən öncə çox inanmaq istərdim ki, sizə müsbət bir ismarış çatdıra bilim. Amma çox əfsus ki, ümumiyyətlə hiss etdim ki, hər hansı bir irəliləyiş olmayıb və problemlər öz yerində qalıb. Ümumiyyətlə, biz Azərbaycanda iqtisadi inkişaf istiqamətində həyata keçirdiyimiz iş baxımından müsbət ismarış çatdırmaqda uğur qazana bilməyəcəyik”, - USAİD-in rəsmisi media nümayəndələrinə deyib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da Azərbaycanda fəaliyyətlərini dayandırıblar. Eyni zamanda ABŞ-a məxsus media orqanlarının da yayımı dayandırılıb. İndi isə belə görünür ki, Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına USAİD də daxil olacaq. Politoloq Hikmət Hacızadə də dedi ki, ortada problemlər var: “Təşkilat nümayəndəsi açiq deyir ki, bizə işləmək imkani vermirlər”.

Lakin ABŞ-ın Azərbaycandakı səfirliyindən “Yeni Müsavat”a bildirildi ki, USAID Azərbaycandan getmir.

Məsələ ilə bağlı Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Hikmət bəy, USAİD-in ölkəmizi tərk edəcəyi barədə məlumata rəsmi Bakının münasibətini bilmək istərdik.

- Hər bir halda Amerika təşkilatlarının hər hansı bir ölkədə və regionda fəaliyyət göstərib-göstərmələri barədə qərar onların özlərinə məxsusdur. Amma hər bir ölkənin də özünün qaydaları və qanunları var, ölkələrin qayda-qanunlarına uyğun olaraq da fəaliyyət həyata keçirilməlidir, o cümlədən də Azərbaycan Respublikasının. 

-  USAID-in Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman deyib ki, son bir neçə il ərzində USAİD təşkilatının Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. Bu barədə nə deyə bilərsiniz? Konkret olaraq bu təşkilatla bağlı nə baş verir?

- Təbii ki, bu, onun öz fikri ola bilər. Mən bilavasitə, rəsmi kanallar vasitəsilə o fikirlərlə tanış deyiləm. Amma onu əlavə edə bilərəm ki, hər bir ölkə kimi, Azərbaycan Respublikasının da müəyyən etdiyi qanun və qaydalar var. O qanun və qaydalar əsasında xaricdə olan təşkilatlar da öz fəaliyyətlərini həyata keçirməlidirlər. Necə ki, ABŞ-da da xarici təşkilatların fəaliyyətini tənzimləyən qaydalar və qanunlar var. Orada da tələb olunur ki, əksər ölkələrin müvafiq hüquqi şəxsləri o qanun və qaydalara riayət etsinlər.

- Bir neçə ay əvvəl Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda ofis yaratmaq istəyini açıqlamışdı. Bu günlərdə isə Rusiya Fövqəladə Hallar Nazirliyi yanında “Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov deyib ki, Humanitar Mərkəzi Serbiyanın Niş şəhərində, həmçinin İrəvanda açıb. Növbəti mərkəz isə Bakıda yaradılacaq. Belə ehtimal olunur ki, ABŞ təsisatlarının yerini Rusiya təşkilatları tutur. Bu barədə nə demək olar?

- Məndə bu barədə məlumat yoxdur. Siz dedikləriniz qeyri-hökumət təşkilatlarıdır. Amma onu deyə bilərəm ki, Azərbaycan coğrafi mövqeyinə, ölkəmizdə yaradılmış inkişafa və ölkəmizdə mövcud olan infrastruktura, təhlükəsizliyə, sabitliyə görə bir çox beynəlxalq təşkilatlar, hətta beynəlxalq transmilli şirkətlərin üz tutduğu ünvandır. Onlar öz fəaliyyəti üçün əsas məntəqə kimi Bakı şəhərini, Azərbaycanı seçirlər. Bu da yuxarıda qeyd etdiyim amillərlə əlaqədardır. Üstəlik, Azərbaycan xarici tərəf müqabilləri üçün cəlbediciliyi ilə seçilir. Həmçinin ölkəmizdə keçirilən qlobal səviyyəli tədbirlər, Rusiyanın və ABŞ-ın baş qərargah rəislərinin görüşləri və s. kimi dünya miqyaslı tədbirlər də bunun növbəti bir göstəricisidir. Biz həmişə müvafiq beynəlxalq təşkilatların Azərbaycanın qanunları çərçivəsində Bakıda fəaliyyətin dəstəkləyirik, alqışlayırıq. Heç də təsadüfi deyil ki, ekspert dairələrində Bakı şəhəri artıq “Qafqazın Cenevrəsi” adlandırılır.

- Yəni ABŞ-Azərbaycan münasibətlərində hər hansı problem yoxdur?

- Xeyr. ABŞ-Azərbaycan münasibətləri hərtərəfli inkişaf edir. Hazırda iqtisadi gündəliyin inkişaf etdirilməsi ilə əlaqədar maraqlı fikirlər var. Bu, xüsusən aviasiya, informasiya-kommunikasiya texnologiyaları, investisiya, enerji və digər sahələrdir. Bu sahələr üzrə əməkdaşlığımız inkişaf edir. Elə bu günlərdə ABŞ-ın ən böyük şirkətlərindən olan “Boinq” rəhbərliyi Azərbaycanda idi və böyük sazişlər imzalandı ki, bunlar da Amerikada on minlərlə yeni iş yerlərinin açılması deməkdir. Ona görə də biz ikitərəfli əməkdaşlığın inkişafından məmnunuq.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar