Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bitcoin” 5 səbəbdən “çökə” bilər


Dünyada ən populyar rəqəmsal valyuta olan "Bitcoin" ötən ilin sonunda 20 000 dollara qədər bahalaşdıqdan sonra hazırda pik həddən 50% ucuz, 10 500 dollara satılır


PİA.AZ report-a istinadən xəbər verir ki, əgər o vaxt məcmu kriptovalyuta bazarının kapitallaşmasında "Bitcoin"in xüsusi çəkisi 85% idisə, hazırda 34%-ə düşüb.

Analitiklər "Bitcoin"in perspektivləri ilə bağlı bədbin əhval-ruhiyyədə olduqlarını bildirirlər. Buna 5 səbəb göstərilir:

1) Aşağı sürətli tranzaksiyalar - 1 saniyə ərzində həyata keçirilən əməliyyatların sayının azalması "Bitcoin Cash" və "Bitcoin Gold" kimi 2 bölmənin yaranmasına gətirib çıxarıb. 

2) Yüksək məbləğdə komisyon haqqı -  2017-ci ilin əvvəlinə qədər "Bitcoin"də hər tranzaksiya 1 dollardan baha deyildi. Hazırda isə bu rəqəm tələbin artması ilə əlaqədar 25 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, "Ripple"da komisyon haqqı 0,01 dollardan aşağıdır. 

3) Normativ tənzimləmənin sərtləşdirilməsi - Ötən il 20 dəfə bahalaşan "Bitcoin"in qiymətinin tənzimlənməsinə ehtiyac yaranıb. Cənubi Koreya və Hindistan kimi ölkələr ona qarşı sərt qadağalar tətbiq edəcəklərini bildiriblər. Bu çağırışlara Çin hökuməti də qatılıb. Analitiklər mərkəzi bankların kriptovalyuta bazarına nəzarət etmək istəməsi fonunda qiymətlərin kəskin azalmasına gətirib-çıxara biləcəyini düşünürlər.

4) Maynerlər üçün yaranan problemlər - Çin hökuməti maynerlərlə mübarizə aparacağını açıqlayıb. Qeyd edək ki, dünyadakı kriptovalyuta maynerlərinin 60%-i bu ölkədə yerləşir. Belə bir qadağa tətbiq edilərsə, kriptovalyuta bazarında xaos yarana bilər.

5) Anonimliyin itməsi - Əvvəllər "Bitcoin"in cəlbedici xüsusiyyəti onun anonimliyi idisə, hazırda vergi idarələri və tənzimləyici orqanlar treyderlərə təzyiq edərək onlardan bütün məlumatları tələb edirlər. Bu da "Bitcoin"ə tələbi xeyli azalda bilər. "Bitcoin" gələcəkdə yerini "Ripple", "Dash" və NEM-ə verə bilər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar