Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Birlikdə işləyin ki, nüvə fəlakətindən qaçmaq mümkün olsun!”


Trampla Putinə müraciət edildi


AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşinger və üç ekspert Rusiya Prezidenti Vladimir Putinə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa açıq məktub ünvanlayıb. 

Məktubda «birlikdə işləyin ki, nüvə fəlakətindən qaçmaq mümkün olsun» məzmunlu çağırış əks olunub. Məktubun mətni konfransın saytında dərc olunub.

Müraciət müəllifləri hesab edirlər ki, RusiyaABŞ arasında münasibətlərin səviyyəsi ən aşağı nöqtəyə düşüb. Odur ki, tərəflər yaranmış vəziyyətdən çıxmaq üçün «Böyük iyirmilər»in qarşıdan gələn görüşü çərçivəsində müvafiq səylər göstərməlidirlər.

«Rusiya və Qərb arasında uçurum soyuq müharibə dövründəkindən daha geniş olub… Aralarındakı əhəmiyyətli fərqə baxmayaraq, ABŞ, RusiyaAvropa vacib ümumi maraqlar istiqamətində birlikdə işləyə bilərlər və işləməlidirlər. Onların arasında başlıcası – nüvə və digər hərbi münaqişələr, o cümlədən, faciəvi terror hücumlardır» – deyə, məktubda qeyd olunur.
Nüvə münaqişəsinin aşağı salınması yolunda ilk addıfm kimi müəlliflər Putin və Trampa G20 sammitində «nüvə müharibəsində qalib gəlmək mümkün deyil və bu müharibə heç vaxt başlamalı deyil» səciyyəli birgə bəyannamə imzalamağı təklif edirlər.

Ekspertlər həm də birgə «Hərbi antiböhran qrupu» yaratmağı təklif edirlər. Bu qrupa RusiyaNATO nümayəndələri daxil olmalıdır. Belə təşkilat hərbi sahədə ikitərəfli təmasları yenidən işə salmağa kömək edəcək ki, bu da «Soyuq müharibə»nin təkrarlanmasından qaçmağa kömək olacaq.
İşingerdən əlavə, məktubu Britaniyanın sabiq müdafiə naziri Des Braun, Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov və keçmiş ABŞ senatoru Sem Nann imzalayıblar.

G20 sammiti iyulun 7-8 tarixlərində Hamburqda keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar