Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir sıra dairələr Azərbaycana qarşı kampaniya aparır“


Hikmət Hacıyev: “Azərbaycanın gözləntisi də bundan ibarətdir ki, ABŞ dövlət büdcəsindən maliyyələşən təşkilatların anti-Azərbaycan fəaliyyətinə aydınlıq gətirilsin”


“Təəssüflər olsun, bir sıra dairələr Azərbaycana qarşı əlaqələndirilmiş formada və mərkəzləşmiş qaydada bir kampaniya aparır. Bunu anti-Azərbaycan kampaniyası da adlandırmaq olar. Bu kampaniyanın həyata keçirilməsində biz “Soyuq müharibə” dövrünə xas olan bir sıra propoqanda elementlərini də görmüş olarıq. Hətta Qərb mətbuatına müraciət etsək bunu psixoloji müharibə də adlandırırlar. Bunun bir sıra elementlərinin əlaqələndirilmiş, orkestr olunmuş formada Azərbaycana qarşı həyata keçirilməsinin şahidi oluruq” .

XİN-in mətbuat katibi Hikmət Hacıyev bu fikirləri “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib. Son zamanlar Azərbaycanın rəsmi şəxslərinin, o cümlədən rəsmi mediasının ABŞ prezidentinə, dövlət katibinə qarşı Azərbaycanda qeyri-stabullik yaratmaq, daxili işlərə qarışmaq, anti-Azərbaycan siyasəti aparmaq və başqa sərt ittihamlar irəli sürmələrinə, Azərbaycan xarici işlər nazirinin də anoloji bəyanat verməsinə aydınlıq gətirən, Azərbaycan - ABŞ münasibətlərində uzlaşmayan məqamların nədən ibarət olduğu haqda sualı cavablandıranH.Hacıyev bir sıra maraqlı məqamlara toxunub: “Əgər bu mövzuda tam açıq və səmimi bir müzakirə aparsaq narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu fəaliyyətin həyata keçirilməsində bir sıra ABŞ-da fəaliyyət göstərən və ABŞ dövlət büdcəsi ilə maliyyələşən, ABŞ dövlət təşkilatı ilə əlaqədar olan qeyri hökumət təşkilatlarının (QHT) adları hallanır. Bu QHT-lər də müəyyən mənada özlərini QHT adlandırsa da, maliyyə mənbələri, fəaliyyət prinsipləri bilavasitə onları QHT adlandırmağa imkan vermir. Hesab edirik ki, narahatlığın mənbəyi bu istiqamətlərdə axtarılmalıdır. Xarici işlər naziri Elmar Məmmədyarovun da mətbuata verdiyi açıqlamasında qeyd olunub ki, məhz Azərbaycanın gözləntisi də bundan ibarətdir ki, ABŞ dövlət büdcəsindən maliyyələşən təşkilatların anti-Azərbaycan fəaliyyətinə aydınlıq gətirilsin”. 



Rusiya rəsmiləri qərbin Azərbaycanda güclənməsinin əleyhinədir və bunu açıq bəyan edirlər. Bəzi ekspertlər Azərbaycanın anti-Qərb, anti-Amerika bəyanatlarını Rusiyadakı narahatlıqları azaltmaq üçün bir diplomatik metod olduğunu iddia edir. Sizin fikriniz?”-sualına cavabında diplomat deyib ki, Azərbaycan öz ikitərəfli münasibətlərini məhz ikitərəfli münasibətlərin fəlsəfəsinə, məntiqinə və onun xarakterinə uyğun olaraq həyata keçirir: 

“Yəni bu, o deməkdir ki, hər hansı bir dövlətlə bizim ikitərəfli əlaqələrimiz digər dövlətə qarşı heç bir halda əks xarakter daşıya bilməz. Azərbaycanla Rusiya qonşu dövlətlərdir və ölkələrimiz arasında tarixi bağlantılar vardır. Bu 200 ildən artıq dövrü əhatə edir. Obyektiv olaraq da Azərbaycan bütün qonşu dövlətləri ilə, - yəni Ermənistan xaric, bu da Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə əlaqədardır, - qarşılıqlı anlaşma, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında öz əlaqələrini həyata keçirir. Bu əsnada da Rusiya ilə Azərbaycan arasında münasibətlər qurulub. Ümumiyyətlə Azərbaycanın xarici siyasətinin özəlliyi və məharəti ondan ibarətdir ki, biz tamamilə əks qütblərdə olan dövlətlə iş birliyi qurmağa nail olmuşuq. Bu, yenə də Azərbaycanın xarici siyasətinin şəffaflığından, açıqlığından və obyektiv prinsiplər əsasında həyata keçirilməsindən irəli gəlir. Yəni burada da hər hansı bir dövlətlə əməkdaşlığımız digər dövlətə qarşı heç bir halda əks xarakter daşıya bilməz”. 

H.Hacıyev rəsmi Bakının Vaşinqtondan gözləntilərini də bölüşüb:“Beynəlxalq münasibətlərdə biz, dəfələrlə şahidi olmuşuq, son olaraq Balkanların təcrübəsini göstərə bilərik, ABŞ-ın töhfəsi və bilavasitə iştirakı ilə bu münaqişələr həll olunub, dövlətlərin ərazi bütövlüyü, suverenliyi təsbit olunub. Amma, təəssülər olsun ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində biz bu münaqişənin həllini görmürük. Azərbaycan xalqı ilk növbədə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində bu həlli gözləyir. Bu əsnada da ABŞ-dan obyektiv olaraq gözləntilərimiz var. Bunun tezliklə reallaşmasına çox böyük ümid edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar