Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir milyon qaçqın heç kəsi maraqlandırmır” - Novruz Məmmədov


“Azərbaycan prezidenti ilə görüşdə Avropa nümayəndə heyətinin rəsmisi dedi ki, siz böyük dövlətsiniz və rəhbər kimi də böyük işlər görürsünüz. Bu, məni biraz düşündürdü. Azərbaycan kiçik dövlətdir: həm ərazisi, həm də əhalisinin sayına görə. Amma sonra anladım ki, Azərbaycan son 10 il ərzində çox böyük tədbirlər keçirib”


Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda çıxışı zamanı deyib.

“Biz BMT ilə əməkdaşlıq məsələsində xüsusi ilə seçilirik. Lakin son 20, 30 ildə terror təşkilatlarının, terrorçuların sayı artır. Bu qədər görülən işlər, tədbirlər bu prosesin qarşını ala bilmir. Təəssüflər olsun ki, hazırda dünyada aktorların sayı artıb. Artıq yalnız dünya dövlətləri deyil, həm KİV-lər, QHT-lər aktor səviyyəsinə gəlib. Artıq terror təşkilatları da aktora çevriliblər. Bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyon qaçqınla öz müstəqil dünyəvi demokratik dövlətini qurub. Lakin bir milyon qaçqının necə yaranması heç bir beynəlxalq təşkilatı, dövləti maraqlandırmır. 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Lakin bununla bağlı heç bir böyük dövlət, təşkilat konkret mövqe bildirmir. 

Bilirsiniz nə üçün, çünki son 20-30 ildə beynəlxalq hüquq arxivə qoyulub. İmzalanan bəyənatlar, sənədlər heç bir yerdə həyatımızı tənzimləmir”.

PA rəsmisi qeyd edib ki, böyük dövlətlər, böyük aktorlar problemləri öz aralarında həll etməyə çalışırlar: "Sülhün, təhlükəsizliyin tərəfdarı olan Azərbaycan kimi 100-dən artıq kiçik dövlətlər isə oturub sabah bir il sonra nəyin baş verə biləcəyini gözləyir. Bu gün beynəlxalq münasibətlərdə çatışmayan bir şey var - ədalət. Bütün proseslərə ədalətli yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil".(AzVision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar