Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir çinar ağacı ağlayır”


Lalə Niftəliyevanın “Bir çinar ağacı ağlayır” yazısı...


Həyətimizdə yan-yana üç çinar ağacı vardı. Sevirdim o ağacları. Dörd, ya beş yaşım olardı. Hər evimizə qonaq gələndə o ağacları göstərib deyirdim ki, bax mənim ərim o ağaclar kimi uzun boylu olacaq. Bir balaca qızın məsum arzusundan o ağaclar bizim həyətin ağırlığına dözüb bəlkə də.
 
Ağaclar dil açmamış uşaq kimidir. Səssiz-səssiz səninlə söhbət edir. Yarpaqları onların hissiyyat orqanlarıdır. Bəlkə də payızın gəlişi ilə biz onlardan yox, onlar bizim halımızdan depressiyaya düşür, saralıb-solur.  Atam çox ağac əkərdi. Mən də onun balaca köməkçisi idim. İndi o ağaclara qulluq edə bilmədiyim üçün utanıram. Ağacların yarpaqsız baxışlarındandır bu utanc.
 
Biz böyüdükcə xatirələr kiçik qırıntılara dönüb, dağılır yaddaşımızın qıraq bucağına. Nə böyüklükdə həqiqət saxlayır o xatirələr... Bunu bir axşam küçədə maşın təmizləyən balaca bir oğlanın polisdən qaçarkən baxışlarında olan qorxu ilə eyni hadisənin təkrarlanmasından yaranan öyrəşmə hissinin verdiyi təbəssümdə anladım. Gözlərindəki təbəssümə qarışan qorxu “eyni şeylər təkrarlanacaq , mən hər yolun necə bitəcəyini bilirəm” deyirdi. Bu ifadə mənə üç çinar ağacını xatırlatdı. Görəsən o çinarlar bizim həyəti seviblərmi heç? Kaş ki, bu sualı onlara indi verə biləydim. Bəlkə də mənə daha fərqli xatirələr danışardılar. Hə... o ağaclar indi kiminsə evinin bir parçasıdır. O evin xatirələrinə şahidlik edir.
 
Evin sonbeşiyiyəm mən. Bizim ailə dəyərlərimiz “hər kəs üçün yaşamaq prinsipləri” altında formalaşıb. Bu əslində valideynlərimin deyil, cəmiyyətin günahıdır. Ol səbəbdən onları qınamaqdan çoxdan vaz keçmişəm. Mətləbdən uzaqlaşmadan sizə bir əhvalat nəql edəcəm. İndidən deyim ki, ən böyük həqiqətlər kiçik detallarda gizlidir. Məsələn, sizin evinizin bir parçası olan ağacların xatirələrində...
 
Qardaşımın yeniyetməlik illərində mən çox körpə idim. Evdəkiləri çox incidirdi. Necə deyərlər yeyib-içən oğlan idi. Bu da təbii, evdə xoş qarşılanmırdı. Atamla o qədər mübahisələri olurdu ki, biz artıq öyrəncəliydik bu hallara. Atamın cəza üsullarında o üç çinar ağacı xüsusi yer tuturdu.
 
Bir gün yenə qardaşımı zəncirlə çinara sarıyıb, kəmərlə döyürdü. Və mən o mənzərəni gördüm. Baxışlarda fiziki ağrıdan yaranan yalvarış, peşmanlıq, ağrı... ən dəhşətlisi isə şəxsiyyətinə dəyən kəmərin odlu ağrısı var idi. Atama nifrət etdim həmin an. Elə qardaşıma da. “Allah öldürsün səni” deyib çığırmışdım...
 
Üstündən bir gün keçdi, mən də, qardaşım da yenə atamı sevməyə başladıq. Bu doğmalıq hissidir, ya instinktiv bir şeydirmi deyə bilmərəm. Lakin o gündən sonra qardaşım hər içib evə gələndə  baxışlarında “o uşaq” kimi gülümsəyirdi.
 
Qorxular həyatı anlamağımız üçün böyük bir əngəl olsa da, həm də açardı. Gərək onlarla üzləşək. Lakin qorxularımıza öyrəşməyək. O zaman hissiyyatsız bir gülümsəmə yaranacaq dodaqlarımızda hər şeyə qarşı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar