Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir AzTv qalsın, bir siz, bir də yarasalar...” – Həftənin sitatları


Elşad Miri: “Quranda ən böyük möcüzə “t” hərfidir. Çünki bu hərf sosial şəbəkələrin və orada işlədilən smayliklərin yaranacağını 1400 il əvvəl xəbər verib”.


Hafiz Hacıyev: “Belə davam etsə, sabah rus yox, erməni də gəlsə, bu millət gedib onun qarşısında baş əyəcək”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”.

ABŞ prezidenti Donald Tramp: Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”.

Rusiya prezidenti Vladimir Putin: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Suriyanın digər bölgələrində, o cümlədən Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır”.

Rusiyalı politoloq Qleb Pavloskiy: “Trampın Putinin qarşısında bir üstünlüyü var: O, öz saraylarını gizlətmək məcburiyyətində deyil”.

ABŞ dövlət katibi Reks Tillerson: ABŞ yenidən dünyada insanlığa qarşı cinayət işlədən hər kəslə mübarizə aparmaq niyyətindədir”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi”.

Rusiyalı politoloq Liliya Şevtsova: “Çoxları, əsasən də Moskvada hesab edirdilər ki, Tramp ABŞ-ı istirahətə sürükləyəcək və dünya səhnəsinin özünün zəhlətökən hegomoniyasından azad edəcək. Kremldə sevinirdilər ki, artıq beynəlxalq siyasətdə rahatca rəqs edə bilərlər. Bəs Tram nə elədi? Rusiyanın Əsədi xilas etmək planını yerləbir elədi. Hansı ki, Rusiya bütün gücünü buna sərf edirdi. Gözləntilərin əksinə olaraq Tramp NATO-nu dəstəkıədi və Çinlə dost oldu. Və Rusiyanın dostluq üçün uzanan əlini görməməzlikdən gəldi”.

Türkiyənin baş naziri Binəli Yıldırım: “Artıq bir şey uydura bilməyənlər indi deyir ki, Türkiyə referendum nəticəsində unitar sistemdən imtina edəcək. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər bu cür sistem yaranarsa, mən partiya sədri və baş nazir olaraq istefa verəcəyəm”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə: “Dindən istifadə edən bəzi qüvvələrin dövlətçiliyimizə zərər vurmaq cəhdləri təəssüf doğurur”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Bu, mənə və ümumiyyətlə, ateistlərə ən çox ünvanlanan suallardan biridir: “Ölmüş qarışqaya nəfəs verə bilərsənmi?” Yəni, belə bomba oğlansansa, ver, görək necə verirsən!.. Rəsmən bəyan edirəm: Qarışqalar nəfəs almır...”.

Baş nazirin müavini, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov: “Dünyada ədalətin bərpa olunması hər yerdə ədalətin bərpa olunmasından keçir. Bütün dünyadan Azərbaycana qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasını gözləmək haqqımız var”.

Ağ Evin mətbuat katibi Şon Spayser:ABŞ-ın mövqeyini müdafiə etməyən ölkələr yalnız Suriya, Şimali Koreya, İranRusiyadır. Rusiya istisna olmaqla onların hamısı etibarsız dövlətlərdir.”

Rusiyanın tanınmış jurnalisti Yuliya Latinina: “Putin Əsədin müttəfiqi deyil, girovudur”.

Məşhur Rusiya jurnalisti, tarixçi-analitik Nikolay Svanidze: “Amerika dünya polisidir. Polisləri sevmirlər, amma onlar öz rollarını yerinə gətirməyə məcburdurlar. Və bu rol onların mədələrin bulandırır”.

Krım türklərinin lideri Mustafa Cəmiloğlu: “Birləşmiş Millətlər Təşkilatında ya Rusiyanın mövqeyini dəstəkləyirlər, ya da bitərəf qalırlar. Qazaxıstan saytlarından birində bu yaxında gedən bir informasiya diqqətimi çəkdi – Krım tatar bayrağını qoyub yazmışdılar ki, krımlı qardaşlarımız, hakimiyyətimizə görə bizi bağışlayın. Yəni xalqlarla hakimiyyətlərin mövqeləri çox zaman üst-üstə düşmür... Düşünürəm ki, liderlə də, fərdlər də yalnız ədalətli mövqenin insana başucalığı gətirəcəyini unutmamalıdırlar”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Əhmədlidə Ukrayna dairəsi yaxınlığındakı ekonom klas yeni tikilinin reklamı: 1 kv.m. - 1150 AZN. Təsəvvür edin korrupsiyanın dərəcəsini: heç bir şirkət auditə sübut edə bilməz ki, 300-350 AZN-dən baha maya dəyəri çıxır”.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov: “Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq, əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var? Kimsə qohum-əqrəbası vasitəsilə külli miqdarda pulu ölkədən çıxarıbsa və əgər o pullar qayıtmayacaqsa, cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.

Rusiyalı politoloq Liliya Şevtsova: “Amerika ilə oynaşmaq olar, hətta Amerikanın quyruğunu dartmaq da olar, ancaq Amerika ilə konfliktə getmək olmaz. Kreml bunu yaxşı bilir. Axı onda Rusiya ölməmək üçün Qərbin resursları əsasında yaşamaqdan imtina etməlidir. Halbuki, Qərbin resurslarının açarı amerikalıların cibindədir”.

Yeni Müsavat Partiyasının başqanı Arif Hacılı: “Ölkədə hər il yüz minlərlə iş yeri açılır. Belə getsə işçi çatışmazlığı əmələ gələcək. Avropa ölkələri ilə viza rejimini ləğv etmək lazım olacaq ki, orada iş tapmayanlar gəlib bizdə işləsin”.

Baş nazirin müavini, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov: “Dünyanın inkişaf etmiş ölkələrinin bu səviyyəyə çatması təhsilin səviyyəsi ilə bağlıdır. Geri qalmış ölkələrdə isə zamanında təhsilin inkişafına diqqət yetirilməyib”.

Rusiyalı yazar Dmitri Qluxovski: “Daxili cəbhədə hər şey bərbad olan kimi, Tramp Putinin metoduna baş vurdu”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: “Mən Rəsul Quliyevdən küsməmişəm ki, onunla barışım. Siyasət nədir ki, biz küsüb barışaq. Bizim aramızda küsülülük olmayıb. Sadəcə olaraq Rəsulun maraqları bizim maraqlarla üst-üstə düşmədiyi üçün o bizdən ayrılıb getdi. Bu da normal bir şeydir. O elə maraqlarına görə gəlib bizlə birləşmişdi. Yoxsa onun bizlə şəxsi qohumluğu və ya dostluğu yox idi. İndi də başqa qüvvələrlə birləşib. Hər kəsi idarə edən öz maraqlarıdır”.

Baş nazirin müavini Abid Şərifov: “Mən Bakıya çoxdan gəlmişəm. Mən müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Bəyəm kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.

“Açıq Rusiya” partiyasının lideri, biznesmen Mixail Xodorkovskiy: “Mən əminəm ki, ölkə üçün və Putinin özü üçün ən yaxşı variant 2024-ğü ilə qədər Rusiyanı idarə etməkdən imtan etməsidir. Hələ bir düşünün, adam 25 il hakimiyyətdə olacaq!”.

Rusiyanın tanınmış jurnalisti Yuliya Latinina: Rusiyanın ali rəhbərliyi vrayda yaşayır. Vray – heç də əsil cənnət deyil, saxta və televizorda şəkillənmiş cənnətdir”.

“Yeni Çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: “İki gündür evdə qaz gəlmir. Bizim evdəki körpələr soyuqdan donsa da olar, əsas Gürcüstandakı erməni kilsələrindən narahatam, orada da qaz kəsilər, biabır olarıq”. 

Suriya XİN rəhbərinin köməkçisi Ayman Sussan: “Özünüz heyvansınızsa, düşünmək lazım deyil ki, qalanlarını da belədir. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o xalq tərəfindən seçilib. Xarakteristikanı da  ona Tramp yox, Suriya xalqı verməlidir”.

Məşhur Rusiya jurnalisti, tarixçi-analitik Nikolay Svanidze: “Obamadan fərqli olaraq Tramp psixoloji olaraq hər şeyə hazırdır. O riskli və daha az məsuliyyətlidir və hər şeyi öz adıyla adlandırır. Obama heç vaxt Koreyanı vura bilməzdi, amma Tramp vura bilər”.

Qırğızıstan prezidenti Almazbek Atambayevin qızı Aliya Şaqiyeva: “Cəmiyyət deyir ki, analıq gözəldir, lakin süd verən qadına baxanda, “fu, necə də utanmır” deyir. Qəribədir, deyilmi? Burada günahkar yoxdur. Bu, dar çevrədir, hər kəs özündən başlamalıdır, öz düşüncəsindən. Və mən belə də edirəm”.

“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət: “Siqareti də qadağan edin! Bir AzTv qalsın, bir siz, bir də yarasalar...”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:Azərbaycanda niyə Türkiyənin dərdini çəkirlər? Xotkarın qızını qaçırtdınız ürəyiniz soyumayıb hələ...”.

“Yeni Çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: ““Azərqaz”ın qaynar xəttinə düşməkdənsə, BMT-nin baş katibi ilə görüşmək daha asandır. Bu arada sadə vətəndaşın bir il gen-bol işlədəcəyi 1700 kub qaz limitini cəmi üç ayda bitirib, erməni kilsələrinə pulsuz verilən qazın kubuna bu aydan etibarən 0.2 qəpik ödəyərək, sadə vətəndaş olmadığımı öyrənmə sevinci içindəyəm. Naber, fakirlər? Sabahınız xeyr!”.

Hərbi ekspert Üzeyir Cəfərov:Rusiya Xəzərdə aktivliyin genişləndirib və təlimlər elə bir ssenari üzərində işlənilir ki, onlar istənilən an real tətbiqə keçə bilər”.

Jurnalist Tural İsmayılov: “Dindarların “iman” dedikləri şey çox mücərrəddir. İnsanın inkişafı üçün əsas olan inamdır və inamın sərhədini də məhv edən elə idealizmdir”.

Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko:Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var”.

Jurnalist Səbuhi Məmmədli: “Cavid Qurbanov deyir ki, Bakıdan Naxçivana qatarlar gedəcək. 30 saata mənzil başina çatacaq. Bakidan Volqoqrada təxminən 30 saata çatır Moskva reysi. Allah haqqı, adam dolamaqdı bunlarin işi”.

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: “Xalq olaraq hər gün onlarla zərbə alırıq, səsimiz cıxmır. Amma bir jurnalistə edilən kobudluğu gündəmin mövzusu edirik. Masşallah bizlərə”.

Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov: “Məni Azərbaycandan kimsə didərgin salmayıb. Vacib informasiya yaddaşa bağlı məsələdir. Kimsə məcbur etməyib ki, “Azərbaycanı tərk elə”. Vətənimi özüm tərk etmişəm. Hazırda Azərbaycana qayıtmaq  fikrim yoxdur. Çünki bu gün Azərbaycanda yaşamaq mənim üçün çox çətindir”.

Jurnalist Anar Gəraylı: “Atambayevin qızı rəsmən ölkədə mədəni inqilab edir. Kütləni belə mədəniləşdirirlər. Xanım qız qırğızlara mədəni dərs keçib”.

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev: “Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Hava mülayim və günəşli olanda bizim qazımız artır, hava soyuq və çox küləkli olanda qazımız azalır. Bizim qazımız çox duyğusaldır. Hava soyuyanda depresiyaya düşür, dili olsa deyər ki, mənə SOCAR-ın diqqəti lazımdı”.

Qırğızıstan prezidenti Almazbek Atambayevin qızı Aliya Şaqiyeva: “Qadın sinəsi uşağı əmizdirmək kimi vacib funksiyası olan bədənin bir hissəsidir və heç bir halda seksual obyekt deyil. Qadın sinəsi çoxlarımızın hesab etdiyi kimi vulqarlıq və ədəbsizlik predmeti deyil. Cəmiyyət sinəni seksuallıq, cəlbedicilik predmetinə çevirir, sonra da plastik həkimlərə müraciət edən qadınları qınayırlar”. 

Deputat Əli Məsimli: “Pensiya yaşının artırılması, işığın, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kölgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik”.

“Eurovision 2011” qalibi Nigar Camal: “Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Bəs soruşmazlarmı ki, bunları qazanacaq nə etdin?”.

ABŞ-ın “The National İnterest” nəşri: “Nə vaxt ki, duman çəkiləcək, onda Suriyaya qarşı atılmış Amerikan raket zərbələrinin ölçülmüş, mühüm və vacib addım olduğu barəsində heç bir şübhəyə yer qalmayacaq. Hər şey göstərir ki, Trampın milli təhlükəsizlik komandası öz işini çox yaxşı yerinə yetirir. Bu isə əlavə bonusdur, çünki komanda hələ çox gəncdir”.

Politoloq Qabil Hüseynli: “Trampın yeni silahdan istifadə edərək əzələ mümayiş etdirməsi, dünyada gərginliklər yarada bilər”.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov: Avropa Birliyi ilə vizanın ləğv edilməsində Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, Avropa Birliyi bu məsələdə bizə nə verəcəksə, biz də qarşılıq olaraq onlara verməyə hazırıq”.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov: “Problemli kreditlərin çoxunu elə bankın səhmdarları və inzibatçıları yaradıb”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Belə davam etsə, sabah rus yox, erməni də gəlsə, bu millət gedib onun qarşısında baş əyəcək”.

Analitik Hüseynbala Səlimov: “Bizim millətin həmişə bir təşkilatlanmaq problemi olubdur. Bilmirəm, bəlkə də bunu da vaxtilə bizi kolxozlara qovmaqla canımızdan çıxarıblar və biz də o vaxtdan hər şeyə kolxoz kimi baxmışıq. Amma siyasət də, ictimai fəaliyyət də assosiativ məşğuliyyətdi. Bunu istəsək də, istəməsək də...”

Milyarder, iş adamı İlham Rəhimov: “İndiki Azərbaycan diaspor təşkilatı həmin mən dediyim 2001-ci və ondan sonrakı illərdə olan diaspor təşkilatı kimi deyil. O vaxt çox monolit bir təşkilat idi. Amma indi başa düşmək olmur orada nə baş verir”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Etiraf etmək lazımdır ki, heç bir oğlan qızı aldada bilməz. Qızlar özləri aldanmaq istəyirlər”.

Jurnalist Sevinc Telmanqızı: “Bir uşaq hansı günahın sahibi olmalıdır ki, onu gələcəkdə Fəlakət çağırsınlar? Ya da 60-70 il boyunca Güldan deyə çağırılmaq üçün ana bətnində ikən anasını nə qədər incitməlidir ki, qisas bu cür alınsın? Sovet dövründəki kolxoz-savxoz, ansambl, limonad kimi adların seçilməsini nisbətən anlamaq olar. İnsanlar öz aləmlərində yeniliklə bu cür ayaqlaşırdılar. 21-ci əsrdə, texnikanın, tərəqqinin bu dönəmində övlada fəlakəti yaşatmaq üçün onun ilk günündən bu seçimi etmək sadəcə gerizəkalılıqdır”.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı: “Ölkəmizi məzhəb savaşına çəkməyə, Yaxın Şərq bataqlığına sürükləməyə çalışan qüvvələr var. Belə dönəmlərdə qızışdırıcı mövqe tutaraq “din əldən gedir”, “dinə basqı var” ritorikası ilə ortalığı qarışdırmaq, nəlbəkidə sunami yaratmaq istəyənlər mütləq tapılır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan  Şahinoğlu: “Bəlkə Azərbaycanda referendum keçirək ki, ağac kəsənlərə qarşı necə birləşək?”.

Tanınmış jurnalist Azər Sarıyev: “İİR paralarının iyisi mediada duyular-duyulmaz, mollakratiya ilə eyni mövqe sərgiləyənlərin sayı çoxalmağa başlayıb. Qrant Avropadan gələndə qərbçi, İrandan gələndə irançı olurlar. Üzdə müxalifətçilik edib iqtidardan pul almaları da öz yerində”.

Jurnalist Anar Gəraylı:Azərbaycanlılar insan hesab edilmədiklərini öyrənib şoka düşüb”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:Kim Çen In gözünə döndüyüm Trampın Tvittdə yazdıqlarına cavab olaraq sualtı qayıqda yerləşdirilən BALLASTİK raketlərini nümayiş etdirib. Bu "toppuş oğlan" deyəsən siyasətə AzTv-nin məşhur tamaşası (Bəşir Səfər oğlunun obrazında) - "Vur-vurum" prizmasından baxır...”.

İlahiyyatçı, “Dəvət” və ayda iki dəfə çap olunan “Oxu” adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktoru Elşad Miri: “ Quranda ən böyük möcüzə t hərfidir. Çünki bu hərf sosial şəbəkələrin və orada işlədilən smayliklərin yaranacağını 1400 il əvvəl xəbər verib”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Bu gün amerikalı cazmen Kürdəmirdə konsert verirsə, sabah da yəqin, Ledi Qaqa Kürdəmirə gəlin köçər...”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaş: “Türkiyəmi hər soruya “evet” deyənlərə təslim etmə, Tanrım”.

Jurnalist Səxavət Sahil: “Pasxanız mübarək! İsanın qanı kimi qırmızı çaxır havasıdı”.

“Yeni Çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: “Ay başınıza dönüm, prezident icra başçısına nə sərt, nə də yumşaq etiraz etməz, qulaqburması verər, danlayar, cəzalandırar, sonda da işdən azad edər. İcra başçısı, ələlxüsus “Budka İbrahim” haranın nəyidir ki, cənab prezident ona etiraz etsin”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar