Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəzilərinin çörəyi iqtidar-müxalifət düşmənçiliyindən çıxır“


Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyri-ciddi adamların fikrinə münasibət bildirmək istəmədiyini açıqlayıb


Azərbaycanda bəzi qüvvələr var ki, onların çörəyi iqtidar-müxalifət düşmənçiliyindən çıxır. Onlar düşünürlər ki, cəmiyyətdə nə qədər qarşıdurma olsa, nə qədər radikal əhval-ruhiyyə aşılansa, bir o qədər onların bazarı yaxşı işləyər. Ona görə də iqtidarla müxalifətin yaxınlaşması, cəmiyyətdə həmrəyliyin olması onların çörəyini kəsir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, sabah Azərbaycanında fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. ADP, Liberal Demokrat, Klassik Xalq Cəbhəsi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Xalq, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq. F.Qəhrəmanlı görüşdə iştirak edəcək partiya sədrlərinin müxalifətə aidiyyəti olmadığını, onların özündən başqa heç kimi təmsil etmədiyini bəyan edib və bu görüşə qarşı çıxıb. S.Cəlaloğlu isə bildirib ki, kimlər ölkədə iqtidarla müxalifət arasında sivil münasibətlərin qurulmasına qarşıdırsa, onlar xalqın və dövlətin əleyhinədirlər. Onun sözlərinə görə, iqtidar-müxalifət münasibətləri bütün ölkələrdə mövcuddur: “Avropa ölkələrində iqtidar və müxalifət dialoq şəraitindədir və xalqa, dövlətə ziyan vurmur. Yaxın Şərqdə isə bu münasibətlər düşmənçilik səviyyəsində olduğundan, həm dövləti, həm də milləti məhv edir. Bu baxımdan biz Avropa yolunu seçmişik. Kimlər ki, bunu satqınlıq hesab edir, deməli, onlar Şərqdəki münasibətlərin olmasını arzu edirlər və bunlar da xalqın, dövlətin məhv edilməsindən ibarətdir”. Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyri-ciddi adamların fikrinə münasibət bildirmək istəmədiyini açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar