Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəziləri istəmir ki, Azərbaycanın MSŞT-dəki statusu bərpa olunsun”

Əliməmməd Nuriyev: “Koalisiyanın fəaliyyətini yeni standartlara uyğun şəkildə qurmağa çalışırıq”


Aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyanın 16-cı Ümumi Yığıncağı keçiriləcək. Yığıncaqda koalisiyanın həm ötən dövrkü fəaliyyəti üzrə hesabat veriləcək, həm də gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək. Park-inn otelində keçirilməsi planlaşdırılan Ümumi Yığıncağa koalisiyanın 130-dan artıq üzvü, hökumət nümayəndələri, səfirliklər və beynəlxalq təşkilatların təmsilçiləri qatılacaq. 

Koalisiyanın koordinatoru Əliməmməd Nuryev Vətəndaş cəmiyyətinin həyatında önəmli rol oynayan MSŞA Kaolisiyasının Ümumi Yığıncağı ilə bağlı AZƏRFAKS-a müsahibə verib. O, əvvəlcə Ümumi Yığıncağın əhəmiyyətindən danışıb: 

-  Bir ildən artıqdır ki, koalisiyanın koordinatoru kimi fəaliyyət göstərirəm. Bu Koalisiya Azərbaycanda olduqca əhəmiyyətli və ən çox üzvü olan vətəndaş cəmiyyəti birliyidir. Eyni zamanda, ən yaşlı koalisiyalardan biridir.  Hazırda bütün diqqətimiz sözsüz ki, Ümumi Yığıncağa yönəlib. Bu tədbirimizdə koalisiyanın təxminən 130-dan çox üzvü iştirak edəcək. Üzvlərimizin 90 faizindən çoxu iştirakla bağlı razılıqlarını ifadə ediblər. Eyni zamanda çoxsaylı qonaqlarımız da olacaq.  Mədən Sənayesində Çəffaflığın Artırılması üzrə Çoxtərəfli Qrupun rəhbəri, hökumət komissiyasının sədri, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Avropa İttifaqının daimi nümayəndəliyinin rəhbəri, Dünya Bankının sədri, İsveç, Norveç, İsveçrə səfirləri, Beynəlxalq Valyuta Fondunun nümayəndəsi və digər qurumların təmsilçiləri Ümumi Yığıncağa qatılacaqlarını şəxsən bildiriblər. Ümumiyyətlə, bu yığıncaq QHT-lərin həyatında mühüm hadisə olacaq və bir çox suallara aydınlıq gətirəcək. Ötən müddət ərzində koalisiyanın gördüyü işlərlə bağlı ətraflı hesabatı da elə Ümumi Yığıncaqda təqdim eədəcəyik. 

- Siz koordinator kimi fəaliyyətə başlayanda Koalisiyanın ciddi problemləri var idi. Əgər belə demək mümkünsə, Koalisiyada böhran yaşanırdı.  Maraqlıdır, problemlərin öhdəsindən necə gəldiniz?

- Həqiqətən də, mən Koalisiyaya koordinator seçiləndə burada çox ağır, böhranlı durum hökm sürürdü. Kritik vəziyyətdə koalisiyanı idarə etmək xeyli çətin idi. Daxildə də münasibətlər rəvan deyildi. Koordinator seçiləndə bildirdim ki, əgər bilrikdə işləyəcəyiksə, o halda namizəd olmağa razıyam. Seçiləndən sonra Koalisiya üzvləri ilə çox işgüzar münasibətlərimiz yarandı. Şura üzvləri bu prosesdə mənə çox böyük dəstək oldular. Problemlərin həlli istiqamətində böyük işlər gördük, tərəfdaşlarımızla səmimi münasibətlər qurduq, Çoxtərəfli Qrupda qaldırdığımız bütün məsələlər həllini tapdı. Mədən sənayesində əldə olunan gəlirlərə nəzarətin təmin edilməsi üçün ciddi tədqiqatlar aparıldı. Hesabatların verilməsində bizim rəylər nəzərə alındı. İkincisi, Koalisiya üzvləri arasında normal münasibətlər yaratmağa çalışdıq. Mənə elə gəlir ki, işgüzar münasibətlərin qurulması üçün səylərimiz baş tutdu. Koalisiyanın qarşısında duran məsələlərin həlli istiqamətində də böyük işlər görülüb. Demək olar ki, respublikanın bütün ərazilərində tədbirlərimizi həyata keçirə bilirik. Bizə Dünya Bankı, QHT-lərə Dövlət Dəstəyi Şurası dəstək verirdi. Maliyyə mənbələrinə çıxışla bağlı ciddi addımlar atıldı. 2015-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası koalisiyaya dəstək verdi. Şuranın ayrıca maliyyələşdirdiyi istiqamətlərdən biri mədən sənayesində şəffaflığın artırılması ilə bağlı oldu. Müsabiqədə iştirak edən üzvlərimizin hamısı qalib oldu. 2015 və 2016-ci illərdə koalisiyanın üzvləri çoxsaylı müsabiqələrin qalibləri oldular. 2015-ci ildə koalisiya üzvlərinin 32 layihəsi dəstək qazanmışdı və bu, ümumilikdə 194 min manatı əhat edirdi. Bu il isə koalisiyanın 34 üzvünün layihəsi qalib gəldi və bu layihələrə ümumilikdə 314 min manat vəsait ayrıldı. Dünya Bankı və digər mənbələrlə danışıqlar davam edir. Ümumiyyətlə, maliyyə dayanıqlığını təmin etmək istəqəmətindəki fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik. 

 - Koalisiya üzvlərinin problemlərinə toxundunuz. Ötən müddət ərzində mətbuatda bu məsələlərlə bağlı müxtəlif informasiyalara rast gəlinib. Bu sırada Koalisiya üzvlərinə qarşı cinayət işinin açıldığı da deyilirdi. Mümkünsə bu barədə daha ətraflı məlumat verərdiz... 

- 2015-ci il aprelin 15-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın statusunu aşağı saldı. Azərbaycanda MSŞT-ü üzrə aparılan dəyərləndirmənin nəticəsi olaraq belə qərar qəbul edilmişdi. Koalisiya statusun aşağı salınmasına öz etirazını bildirmişdi. Biz Azərbaycanın tamhüquqlu üzv kimi təşəbbüsdə qalmasında maraqlıyıq. Qərar qəbul edilərkən bəzi tövsiyələr də verildi ki, hansı işlər görülməlidir. Birinci məsələ, maliyyə mənbələrinə çıxışla bağlıdır. Bizim hazırda maliyyə mənbələrinə çıxışla bağlı problemimiz yoxdur. Biz donorlardan təşəbbüslər gözləyirik. İkincisi, mətbuatda azad fəaliyyətlə bağlıdır. Qeyd edim ki, bununla da bağlı ciddi problemimiz yoxdur. Fəaliyyətimiz mətbuatda geniş işıqlandırılır. Dünya Bankı və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə regionlarda bir sıra tətdbirlər keçirmişik. Universitetlərdə tədbirlərimiz, televiziyalarda çıxışlarımız olur. Yəni qeyd etdiyim tövsiyyələr yerinə yetirildi. Bundan başqa, Koalisiyan üzvlərinin bank hesablarından həbslər götürüldü. Tez-tez belə məsələlər səsləndirilirdi ki, koalisiya üzvlərinə qarşı cinayət işi qaldırılıb. Biz bununla bağlı hüquq-mühafizə orqanları ilə müzakirələr apardıq. Məlum oldu ki, bir təşkilatın sədrinə  - Demokratik Təsisatlar və İnsan Haqları Mərkəzinin rəhbəri Elçin Abdullayevə qarşı cinayət işi açılıb. Bu da ona görə olmuşdu ki, Elçin Abdullayev şahid qismində ifadə vermək üçün axtarılıb, lakin tapa bilmədiklərindən belə bir addım atılıb. 2015-ci ilin oktyabrından isə bu cinayət işi də dayandırılıb. Koalisiyanın başqa heç bir üzvünə qarşı cinayət işi qaldırılmayıb. Artıq heç kəs sərhəddə əsassız yoxlanmaya məruz qalmır. 

- Gündəlikdə borclarla da bağlı məsələ var idi.  Bu məsələ nə yerdədir?

Bəli təvsiyyə olunan məsələlərdən biri də borclarla bağlı idi. Bu məsələdə də heç bir problem yoxdur. Hər bir QHT borclarla bağlı məhkəmələrə müraciət edib haqqını bərpa edə bilər. Hesab edirəm ki, burada həll olunmayacaq məsələ yoxdur. Formal baxımdan borc var, praktik olaraq heç bir borc yoxdur və QHT-lər sərbəst fəaliyyət göstərə bilərlər. Koalisiyanın üzvü olan QHT-lərlə bağlı heç bir vergi yoxlaması, hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmır. Vətəndaş Cəmiyyətinin problemlərinin həllilə bağlı ölkə başçısının siyasi iradəsi var. Bəzi adamlar çalışır ki, görülən tədbirlərin əhəmiyyətini azaltsın, onun üzərinə kölgə salsın. Özlərini qurban kimi göstərməyə çalışırlar. Bunun arxasında hansı məqamların durduğunu başa düşürük. Onların bəzisi istəmir ki, bu problemlər aktiv şəkildə həll edilsin. Problemlərin qalıması onların bazarının inkişafına kömək edir. Xarici təşkilatlardan qrant alıb problemlərlə bağlı hesabat verirlər və sairə. Bu mənada hesab edirəm ki, xarici təşkilatlardan qrant alınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır ki, bəzi QHT-lər bundan bəhanə kimi yararlana bilməsinlər. Donorlara şərait yaradılarsa, bəzi QHT-lər qeyri-leqal fəaliyyət göstərməzlər. 2014-2015-ci illərdə xarici donorlar Azərbaycandakı bəzi QHT-lərə ümumilikdə 2 milyon dollar vəsait ayırıblar. Amma bunlar gizli saxlanılır və biz o pulların necə xərcləndiyini bilmirik. Azərbaycanda fəaliyyət göstərən böyük donorlar var ki, onların fəaliyyətinə şərait yaradılmalıdır. Bildiyim qədər bu istiqamətdə danışıqlar gedir və məsələ öz həllini tapacaq. 
2016-cı ilin əvvəllərində Mədən Sənayesində standartlarla bağlı yeniliklər oldu. 2015-ci ilin hesabatı yenilənmiş hesabatlar əsasında hazırlanacaq. Hesab edirəm ki, bu da vacib məsələdir. Çoxtərəfli Qrupun rəhbərliyi bu məsələdə bizə dəstək verir. Biz maksimum dərəcədə çalışdıq ki, koalisiyada əlverişli mühit yaradaq. Çalışdıq ki, koalisiya ayrı-ayrı siyasi qrupların təsirindən uzaq olsun. Təəssüflə qeyd etmək lazımdır ki, ötən illərdə partiya üzvlərinin  koalisiyanın fəaliyyətinə təsir göstərməsi kimi hallar müşahidə olunub.  Hazırda biz Koalisiyanın fəaliyyətini yeni standartlara uyğun qurmağa çalışırıq. Neft və qaz satışından əldə olunan gəlirlər üzərində nəzarəti gücləndirmək üçün biz daha çox işləməliyik. 

-  Ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun yeni tərkibi seçiləcək. Növbəti mərhələ xüsusi əhəmiyyətə malikdir. Bu il Azərbaycanın MSŞT-da statusunun bərpa olunması məsələsinə baxılacaq. Bu mənada sizin gözləntiləriniz nədən ibarətdi? 

- Hesab edirəm ki, həyata keçirilən tədbirlər Azərbaycanın statusunun bərpa edilməsinə tam imkan verir. Ümid edirəm ki, Beynəlxalq İdarə Heyəti Azərbaycanın bu istiqamətdə gördüyü işləri nəzərə alıb tam hüquqlu üzv kimi statusunu bərpa edəcək. Amma buna bəzi beynəlxalq təşkilatlar tərəfindən müqavimət də var. Hətta rəyimizi nəzərə almadan qərar qəbul edirlər. Burada fəaliyyət göstərən, problemlə üzləşən, problemləri həll edən bizik. Bizim mövqeyimiz həlledici olmalıdır. Koalisiyanın 16-cı Yığıncağında İslahatlar Paketilə çıxış etməyi düşünürəm. Koalisiya üzvlərinin proseslərdə iştirakçılıq imkanları daha da genişləndirilməlidir. Koalisiyaya üzvlük məsələsinə yenidən baxmaq lazımdır. Yeni üzvlərin qəbulu bəzi hallarda koalisiyanın məqsəd və məramına uyğun gəlmir. Koalisiyanın hüquqi statusu həllini tapmalıdır. Hesab edirəm ki, Ümumi Yığıncaqda bu məsələyə də baxılmalıdır. İşgüzar, peşəkar mühit saxlanılsa, Koalisiya öz məqsədlərinə daha tez çatacaq və bu bütövükdə cəmiyyət üçün faydalı olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar