Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəzi dövlətlər bizim daxili işimizə qarışır, dini ayrı-seçkilik etmək istəyənlər var”


“Allah bizə zəfər versin, arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpaqlarımızda azan səsi gəlsin”


APA-nın xəbərinə görə, bunu Ramazan münasibətilə "Əjdərbəy" məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 
 
Azərbaycanda birlik, vəhdət olduğunu vurğulayan QMİ sədri "Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir. Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi iki mindən artıq məscid fəaliyyət göstərir. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda  gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq”, deyə bildirib. .
 
 
QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir”.
 
Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib: “Allah bizi daha da birləşdirsin, dövlətimiz, ordumuz daha da güclü olsun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar