Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda “referendum”u tanımayacaqlar”


Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib


Ə.Əhmədov qeyd edib: "Həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. 

Problemin bu günə qəqər həll olunması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər, Azərbaycan dövləti və Azərbaycan xalqı da qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Heç bir qarış torpağımız Azərbaycan ərazisindən qoparılıb ayrıla bilməz".

Baş nazirin müavini vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq:

"O ki qaldı, ermənilərin "referendum" keçirməsinə, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, Azərbaycan dövləti, xalqı belə bir referendumu tanımır, tanımayacaq. Beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar bu referendumu və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu referendum və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri ilə əlaqədar mövqeyinə hər hansı təsir göstərməyəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar