Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir?” – Həftənin sitatları


Vüsal Məmmədov: “Şairlərimiz də Elzanın acığına mahnı oxumağa başlasalar, ölkə çox maraqlı olardı...”.


Natiq Cəfərli: “Amerikada 12 hektar pambıq sahəsinə qulluq üçün 1 nəfər lazımdır, bizdə isə 10 hektara 25 nəfər”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Azəri-Çıraq-Günəşli“ yataqlarının işlənməsinə dair yeni kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır”.

ABŞ prezidenti Donald Tramp: “Gələcəkdə baş verə biləcək terror hadisələrindən qorunmaq üçün internet kəsilməlidir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:NATO S-400 almaq haqda sazişimizdən ağlını itirib”.

İran prezidenti Həsən Ruhani:ABŞ prezidenti Donald Trump və administrasiyası dünyaya “yaxşı tərəfdaş” olmadıqlarını göstəriblər. İran çox yaxın zamanda nüvə anlaşmasından çıxacaq. Çünki nüvə anlaşmasına görə qaldırılan sanksiyalar ABŞ tərəfindən yenidən tətbiq olunub və bundan sonra İranın nüvə sazişinə sadiq olması lüzumsuzdur”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev: “Bizi ermənipərəstlikdə ittiham edənlər bu heyfi çıxırlar. Yazırlar ki, Yazıçılar Birliyində anası, arvadı erməni olanlar var. Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Bu kafe əhvalatı həmçinin ucuz detektivlər yazarının biabırçı yalançı olmasını da üzə çıxartdı. Öncə dedi kafedən xəbərimiz yoxdur, ancaq ortaya ayda 8 min manat icarə pulu almasının sənədini qoydular. Belə çıxır Hacıbala müəllim bundan güclü detektiv imiş... Adamın bədii istedadı o qədər aşağıdır ki, bir bambılı kafe söhbətindən də ləyaqətlə çıxa bilmədi”.

Neft Araşdırmaları Mərkəzinin direktoru, enerji məsələləri üzrə eskpert İlham Şaban: Neftin dəyəri qiymətində deyil, qiymət düşəndə məyus, artanda sevincək olmaq mənasızdır. Əsas məsələ neft gəlirlərinin rasional xərclənməsidir...”.

Ukraynanın “Apostrof” nəşri: “Gözlənilir ki, Putinin komandasında “Dunay istiqaməti” üzrə məsul şəxs  yaxın vaxtlarda biznesmen, “Rosneft” prezidenti İqor Seçinin adamı, vaxtilə Putinin etibarlı adamı kimi “Rosneft”in Azərbaycanda iştirakını təmin etmiş Söyün Sadıqov olacaq. Habelə macar istiqamətini bilavasitə Rusiya prezidenti Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko kurasiya edəcək”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz 25 ildir ki, müstəqil, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif qarayaxma , şər kampaniyaları aparılır. Aydındır ki, onların da məqsədi Azərbaycanı ləkələmək, öz iradəsinə ram etmək, ondan sonra da güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etməkdir”.

Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov: “Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib... Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub”.

Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev: “Mənə olan qərəzlərə normal kimi baxıram. Çünki onlar bilirlər ki, hansı vəziyyətə, tələyə gəlib düşüblər. Ona görə də böyük qısqanclıq var ki, mən bu tələyə düşməmişəm. Əslində heç nə yox idi və siyasi nöqteyi-nəzərdən məsələ həll olunanda, texniki məsələlər də həll olundu. O sifarişli iş idi və kim sifariş verib, o da onu ləğv edib”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev: “Mən o vaxt demişdim ki, cəmiyyətdə çox az adam Mehman Əliyevin jurnalist fəaliyyəti, yaxud vergidən yayınmağa görə həbs olunduğuna inanır. İndi də cəmiyyətdə çox az adam inanır ki, doğrudan da kafe adının ”26″ olmasına görə bağlanıb, yaxud orda qızlar yarıçılpaq vəziyyətdə rəqs ediblər”.

Neft Araşdırmaları Mərkəzinin direktoru, enerji məsələləri üzrə eskpert İlham Şaban: “Belə ölkənin həqiqətən dünyada ANALOQU yoxdur...gedək VURMAĞA..!!!”.

ABŞ senatoru Ben Kardin: “Çox təəssüf ki, Türkiyə ABŞ-ın müttəfiqi ola-ola böhranlı məqamda Moskvanın tərəfində durub”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.  

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Bu məktəb formalarını modern, səliqəli tikmək olmaz? Yoxsa təhsilimizə mütənasib bərbad olmaq şərti var? 41-45-ci illərin kolxoz sədrlərinin şalvarlarını gələcəyimiz olan uşaqlara geyindirmək nəyin kafasıdır, İlahi?! ”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu: ABŞ-ın Kaliforniya ştatında adambaşına illik gəlirləri 98 min dollardan az olan ailələr yoxsul hesab olunur”.

İqtisadçı ekspert Natiq Cəfərli: “Amerikada 12 hektar pambıq sahəsinə qulluq üçün 1 nəfər lazımdır, bizdə isə 10 hektara 25 nəfər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev: “3-4 məmur vətəndaşın əmlakını dağıtdığına görə cəzalanmalıdır ki, bir nəticə olsun… Heç bir motiv, heç bir bəhanə vətəndaşın obyektini qanunsuz sökməyə haqq qazandıra bilməz”.

Politolaq Şahin Cəfərli: “Balaca Estoniyanın 2018-ci il dövlət büdcəsi 10 milyard avro həcmini aşacaq. Müqayisə üçün: Azərbaycanın 2017-ci il büdcəsi avro ekvivalentində 8 milyard civarındadır”.

NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem: “Türkiyə Aİ-yə üzv olmaq niyyətini hələ 1963-cü ildə bəyan edib və o vaxtdan da blokun kandarında qalmaqdadır”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Əmir Əli Hacızadə: “Biz ABŞ komanda mərkəzlərinə bir neçə il ərzində müdaxilə edə bilmişik və onların nəyi izlədiklərini, hara vurduqlarını, nələrdən yan keçdiklərini və İŞİD-i necə dəstəklədiklərini bilirik”.

Eks-spiker Rəsul Quliyev: “Bəli, biz o dövrdə koalisiya yaratmışdıq. Koalisiyanın rəhbərləri ilə mən yox, nümayəndəm danışıqlar aparırdı. Onların hamısının məni qarşılamaqda iştirak etməsi vacib idi. Ancaq təəssüf ki, iki şəxs – İ.Qəmbər və Ə.Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Bu adamların səviyyəsinə baxın da... "Gəlməyən peysərdi" deyib, mitinqə adam toplamağa çalışırlar. Bu düşüncə ilə siyasətlə məşğul olmaq sadəcə, fəlakətdir... ”.

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Karlovı Varıda biznesi olmayan həci olmaz, Olsa da, ol şəxsin Şpişakovası olmaz”.

Sosial şəbəkə istifadəçisi İlkin Səməd: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV” şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər”.

Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə: “Bizim Çexiyanın Karlovı Varı şəhərində heç bir biznesimiz yoxdur. O sənəd saxtadır, həmin xanımı və şirkəti tanımırıq. Mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki yoxdur. Amma olanda nə olar ki?”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: Bakı meriyasından 20 metr aralıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərində SSRİ-nin gerbi durur.  Hacıbala Abutalıbov bu qədər diqqətli və vətənpərvərdirsə, birinci gedib o gerbi söksün”.

Yazar Qanturalı: “Həyat doğum və ölüm tarixləri arasındakı tiredən ibarətdi. O tireni dünyanın ən məsud tiresinə çevirin. Unutmayın ki, biz ancaq xoşbəxt olduğumuz günlərin sayı qədər yaşayırıq...”

Əməkrdar artist Elza Seyidcahan: “Bəziləri özləri elə öz “ağzını tikdilər”, özləri öz içlərini açıb-tökdülər. Baba Vəziroğlu dedi ki, “Mən erməni ilə də yan-yana oturmuşam”. Bu, bilirsiz nə deməkdir? Erməni öz kişisinə, qadınına çox böyük dəyər verir. Sən isə burdan-bura mənim kimi əməkdar artistə, bəstəkara deyirsən ki, “mənim üçün ermənidən bir fərqi yoxdur”.

Millət vəkili Araz Əlizadə: “Serj Sarkisyan əli-qolu bağlı şəkildə Azərbaycana  gətirilməli və mühakimə olunmalıdır”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev: “Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir? Onda onlar da bu təhqirə görə səslərini qaldırsınlar”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev: “Hamımız bilirik ki, Rusiya olmasa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini çoxdan həll eləmişdi. Amma biz Rusiyanın güc olmasını nəzərə alıb, hətta yeri gələndə ona vasitəçilik missiyasına görə minnətdarlıq da edirik. Niyə? Məcburuq, ona görə. Düşünürük ki, böyük qonşumuz kimi Rusiya Azərbaycan üçün daha ciddi problemlər yarada bilər”.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev: “Sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıra bilər və qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Hacıbala Abutalıbovun orada iştirakı sadəcə demaqoqluq idi. Bu dava “26” adı ilə bağlı deyil. Hacıbala Abutalıbov o qədər patriot, dövlətçi deyil ki, “26” adı onu qıcıqlandırsın. Sadəcə o yerdə cənab Abutalıbovun gözü var, hücum edib oranı dağıdıb”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev: “ Milyonları yeyən adamlarda bu 8 min manat niyə qıcıq doğurur?”

Yazar Mirmehdi Aghaoghlu: ““Əxlaqsız gecə klubu” – ifadəyə baxın. Guya Bakının bütün gecə klubları əxlaqlıdır, camaat ora ibadət etməyə gedir, bircə AYB-nin binasındakı gecə klubu əxlaqsız olub. Gecə klubunun mahiyyəti budur; orda içirlər, oynayırlar, əylənirlər və sair və ilaxır. Və dünyanın heç bir yerində gecə klubları əxlaqsız məkan kimi dəyərləndirilmir”.

Eks-spiker Rəsul Quliyev: “Saakaşvili faktiki Rusiyanın kartını oynayır. Hakimiyyətə gəlmək üçün doğma anasını sata bilən Timoşenkonun onun yanında olması 2 qat Rusiyanın xeyrinədir”.

Politolaq Şahin Cəfərli: “Ukraynada sistemin radikal şəkildə dəyişməsinə ehtiyac var və bunu həmin sistemin içindəki adamlar çətin ki, bacarsın. Onların missiyası bitib. Saakaşvilinin də bunu təkbaşına edə bilməsi mümkün görünmür. Amma o, yeni siyasətçilər nəslinə yol açmaq üçün buzqıran rolunu oynaya bilər”.

Yazar Cəlil Cavanşir: “Həmin gecə klubunun adının nə olması əsas deyil, bu, ”26-lar” da, hətta “Şamuyan” da ola bilərdi. Burada mahiyyət dəyişmir. Mahiyyət ədəbiyyata xidmət etməli olan qurumun gecə klublarına xidmət etməsidir”.

Sovet və rus hərbi jurnalisti, polkovnik Viktor Baranets:“Bu haqda açıq danışmağın vaxtıdır. Bu yaxınlarda Ermənistandan bir yoldaş zəng vurub. Hansı ki, Ermənistan deyəsən bizim KTMT üzrə müttəfiqimiz sayılır. Və o, birdən deyir: bizim yoldaşlar amerikalılardan pul istədilər, onlar da verdilər. Belə çıxır ki, Moskva orada baza saxlayır, Qarabağa görə Azərbaycana qarşı dayanır, ermənilər isə belə. Bu ki mühüm amildir. Əgər orada bizim baza olmasaydı Azərbaycan Qarabağı çoxdan yemişdi. Yəni bizim müttəfiqlərimizin sıralarında bu cür vurnuxmalar var və bu haqda açıq danışmaq lazmdır”.

Əməkdar artist Ədalət Şükürov: “İlqar Muradov oxuyanda bilirsiniz ki, bu, İlqar Muradovdur. Çünki o, öz tərzində oxuyur. Röya da oxuyanda bilinir ki, bu, Röyadır. Eyyub Yaqubov da. 30 yaşınacan olan cavan müğənnilərimizin hamısı bir-birinə oxşayır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Ad məsələdirsə, o zaman Hacıbala Abutalıbov hücum etsin “Kral Lir”, “Monte Karlo”, “Mafia” klubunu da dağıtsın da! Bu gün Fəxri Xiyabanda Azərbaycanın düşmənləri olmuş bəzi kommunistlərin qəbirləri var. Hacıbala Abutalıbov istiqlal davası aparırsa, getsin, Fəxri Xiyabandakı Azərbaycan xalqının düşmənlərinin qəbrini söksün!”.

Köşə yazarı Zamin Hacı: Azərbaycandan qırağa uşağı valideynin icazəsi olmadan aparmaq çoxdan qadağan idi. İndi isə respublika daxilində nənə-babaya da bu qadağa qoyuldu. Belə çıxır indi bizim hər rayon özü müstəqil respublika kimi şeydir... Bu cür davam eləsə baba nənəni, nənə isə nəvəni turp çıxartmağa da etibarnaməsiz çağıra bilməyəcəkdir”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Şairlərimiz də Elzanın acığına mahnı oxumağa başlasalar, ölkə çox maraqlı olardı...”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə: “Baş verən hadisə artıq bir tarixdir. Onun barədə indi nəsə deməyə ehtiyac yoxdur. Sizcə, 99 il bundan əvvəl baş vermiş hadisə ilə bağlı nə düşünmək olar?! Mən belə düşünürəm ki, Azərbaycanı xilas edən AzərbaycanAzərbaycan xalqı olub”.

Yazar, jurnalist Kəramət Böyükçöl: Bakıda 5-6 kafeyə borcum var, Hacıbala o kafeləri bir-bir bağlatdırsaydı, o kişini səmimi qəlbdən sevərdim”.

Jurnalist Günay Arda: “Klublara, karaokelərə pozğunxana deyənlər, oralara maaşı ay ortasına çatmayan jurnalistlər getmir,orda kef edənlər rəsmi maaşı 400-500 manat olan məmur uşaqlarıdır. Sonra sizi küsdürməsinlər...”.

Analitik Hüseynbala Səlimov: “Bir şey tamam aydındır. Ukraynadakı rəngli inqilabların “memar”ları özlərini tamamilə biabır etdilər və bir daha göstərdilər ki, onların demokrat adlanmasına hələ çox var...”.

Əməkdar artist Vəfa Zeynalova: “Kişilər inciməsin, etiraf etsinlər ki, son vaxtlar tənbəlləşiblər. İndi qadınlar daha işgüzardır. Kişilərin çoxu evdə oturur, qadınları çalışır. İşə gedən qadın uşağına da baxır, yeməyini də bişirir, ev işlərini də görür. İşlərini elə düzüb-qoşur ki, hər şeyə vaxt çatır. Uşağını baxçaya qoyacaq, ər evə gələndə qarşısına yemək də qoyacaq. Əgər kişinin qabağında süfrə açılmırsa, ər özü yemək çəkib yeyirsə, öz cəzasıdır”.

Jurnalist Tural Ismayılov: “İçdikdən sonra gedib evdə qadınına “xoruzlanan” kişilər heç vaxt çatmayıb mənə, mən içəndən sonra səhv qarşı tərəfdə də olsa, xətrinə dəydiyim hamı ilə barışmağa çalışıram, könlünü alıram, sevgi dolu oluram. Qadına “bozaracaqsızsa”, içməyin zəhrimarı”.

Politoloq Zərdüş Əlizadə: “Xalq əksər hallarda sadə və vicdanlı insanlara deyil, varlı, yüksək vəzifə tutan şəxslərə üstünlük verir. Ona görə də Ukraynada əsas müxalifət liderləri oğru Timoşenko, Sadovoy və digər şəxslərdir”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Qadını pulla almaq maraqsız və axmaq işdir, arxasınca düşüb, fəth eləmək üçün isə o qədər vaxt tələb olunur ki, bunu sərf eləməyə dəymir. Vaxt - qadın tutmağa sərf edilməyəcək qədər qiymətli resursdur mənim üçün. Bir var, məsələn, yarım saat ərzində hansısa tükəzbanın zatən əzbər bildiyin anotomik quruluşunu yenidən araşdırasan, bir də var, o yarım saatda tutaq ki, Freydi, Saqanı, Eynşteyni, Houkinqi, Doukinzi oxuyasan, yaxud gözəl bir filmə baxasan”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar