Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beşiktaş” Ermənistan yığmasının futbolçusunu satışa çıxarır


Türkiyənin “Beşiktaş” klubu 6 futbolçusunu satışa çıxarıb. “Report”un "Fanatik"ə istinadən verdiyi məlumata görə, onların arasında Ermənistan yığmasının üzvü Aras Özbiliz də var


Özbilizlə yerli "Sivasspor"la yanaşı, Rusiyanın "Rubin" klubu da maraqlanır. Kazan təmsilçisi 27 yaşlı yarımmüdafiəçini birdəfəlik almaq və ya icarəyə götürmək istəyir. Futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində cəmi 4 oyuna çıxıb.

İstanbul təmsilçisinin satmaq istədiyi digər oyunçulara gəlincə, bunlar Mustafa Pektemek, Veli Kavlak, ukraynalı Denis Boyko, isveçli Aleksandr Miloşeviç və kolumbiyalı Pedro Frankodur. "Beşiktaş" UEFA-nın Maliyyə “Fair Play” Qaydalarına riayət etmək üçün transferlərdən 1,4 milyon avro gəlir əldə etməlidir. Ona görə də klub belə addım atmağa qərar verib.

Hələlik baş məşqçi Şenol Günəşin xidmətlərində maraqlı olmadığı bu futbolçularla bağlı real təklif yoxdur. Klub rəhbərliyi onları Türkiyə Superliqasına yeni vəsiqə qazanan klublara göndərməyi planlaşdırır.

Qeyd edək ki, “Beşiktaş”ın sözügedən “altılıq”la yollarını ayırmaq istəməsinin digər səbəbi onlara ödəniləcək illik məvacibdir. Bu futbolçular klubda qalacaqları təqdirdə, İstanbul təmsilçisi ümumilikdə 6,6 milyon avro ziyana düşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar