Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik”

“Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Kərkükü neftinə görə kürd bölgəsinə daxil etmək istəyir. Onların sentyabrın 25-nə təyin etdiyi müstəqilliklə bağlı referendum təkcə İraq türkmənlərinin torpaqlarını ələ keçirmək deyil, ümumən türk varlığına qarşı planın bir hissəsidir. Çünki Kərkükün Qarabağdan, Şimali Kiprdən bir fərqi yoxdur. Bu məsələlərə eyni çərçivədən yanaşmaq lazımdır. Türkmənin İraqda təhlükəsizliyi türk dünyasının təhlükəsizliyi deməkdir”.
 
Bu sözləri APA-ya açıqlamasında İraq Türkmən Cəbhəsinin sədri, İraq parlamentinin deputatı Ərşad Salehi bildirib.
 
Ə. Salehi deyib ki, İraq parlamentinin qərarına əsasən M. Bərzaninin sentyabrın 25-nə təyin etdiyi referendumun hüquqi əsası yoxdur: “Mərkəzi hökumət, İraqdakı siyasi partiyalar, qonşu ölkələr bu referendumun yanlış bir qərar olduğunu bəyan edib. İraqdakı BMT təmsilçisi də referendum qərarını qınayıb. Türkiyə və İran, o cümlədən ərəb dövlətləri referendum qərarını yanlış sayır, bunun bölgədə xaosa yol aça biləcəyini bəyan edirlər. Sentyabrın 18-də Türkiyə İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında hərbi təlimə başlayıb. Eyni zamanda Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 27-nə nəzərdə tutulan toplantısının tarixi dəyişdirilib, toplantı sentyabrın 22-də keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının tarixini dəyişdirilməsi Məsud Bərzaninin referendum qərarı ilə bağlıdır. Bununla Türkiyə həm İraq hökumətinə dəstək, həm də bölgə ölkələrinə mesaj verir. Şimali İraq kürd muxtariyyəti yanlış addım atdığını bilməlidir. Türkiyənin Habur sərhəd-keçid məntəqəsini bağlaması, neft nəqlini dayandırması, o cümlədən İranın sərhədi bağlaması Şimali İraq kürd muxtariyyətinə ciddi təsir edər, bu, onlara böyük mesaj, siqnal olar. Onu da deyim ki, biz İraq Konstitusiya Məhkəməsinə referendum qərarı ilə bağlı şikayət etmişdik. Az öncə İraq Konstitusiya Məhkəməsi də referendumun qanuni olmadığını açıqladı. Biz arzulayırıq ki, qardaş Azərbaycan hökuməti və parlamenti Şimali İraq kürd muxtariyyətinin referendum qərarını pisləyən bir bəyanat qəbul etsin, Kərkük və digər türkmən bölgələrinin gələcəyinin referendumla bağlılığının qəbul edilmədiyini vurğulasın”.
 
ABŞ-ın üzdə referenduma qarşı çıxsa da, əslində referendum qərarının arxasında olması barədə fikirlərə gəlinсə, İraq Türkmən Cəbhəsinin sədri ABŞ və digər böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların tək kürdlərin deyil, İraqdakı bütün xalqların zamini qismində çıxış etməsinin vacib olduğunu vurğulayıb: “Sentyabrın 17-də biz ABŞ-ın səfiri ilə də görüşdük. Səfirə dedik ki, sizin bizim, məzlumun yanında olması lazımdır. ABŞ-dan da bunu gözləyirik”.
 
Ə. Salehinin sözlərinə görə, M. Bərzani bu yanlışdan dönməsə, İraq türkmənlərinin qarşısında fərqli seçimlər var: “Biz türkmənlərin yüz ildir ki, bu bölgələrdə, torpaqlarda nə qədər tərk edilsək, yalnız qalsaq da, bir iradəmiz, bir əzmimiz var. Köhnə rejimlər, Səddam Hüseyn bizə qalib gələ bilməyib, bundan sonrakılar da bizə qalib gələ bilməyəcəklər. Biz türkmənlər imkan daxilində torpaqlarımızı müdafiə edən insanlarıq, yenə də torpaqlarımızı müdafiə edəcəyik. Bəli, bu gün İraqda müxtəlif silahlı qüvvələr müxtəlif haqların, maraqların ifadəçisi kimi ortadadır. Biz bu məsələdə əvvəllər geciksək də, indi türkmən gəncinin də əlində silah var. Biz istəmərik ki, türkmənlər silahlarından kürdlərə qarşı istifadə etsinlər. İstərdik ki, silahlarımızdan İŞİD-ə, terrorizmə qarşı mübarizə üçün istifadə edək. Türkmənlərin özünü müdafiə etməyə qabiliyyəti var”.
 
Ə. Salehi hesab edir ki, M. Bərzaninin yanlış qərarı nəticəsində kürdlərin əldə etdikləri haqlar da itiriləcək: “Bu referendum heç kimin, o cümlədən kürdlərin də xeyrinə deyil. Bu yanlış addımla kürdlər əldə etdikləri haqq və hüquqları da itirəcəklər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar