Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Benzinin qiymətinin artırılmasını bir sıra amillərlə izah etmək olar”


“Tarif (qiymət) Şurasının Aİ-92 markalı benzinin qiymətinin artırılması barədə qərarını bir sıra amillərlə izah etmək olar”


Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, benzinin qiymətinin artırılmasını ilk növbədə manatın məzənnəsinin azalması ilə əlaqələndirmək lazımdır: "Bundan başqa, həm ölkədə istehsal edilən, həm də idxal edilən benzinin keyfiyyətini Avropa standartlarına çatdırmaq zəruridir".

R.Quliyevin sözlərinə görə, benzinin qiymətinin artırılması nəticəsində əldə olunan vəsaitin bir sıra məsələlərin həllinə yönləndirilməsi planlaşdırılır: "Bu vəsaitin bir hissəsi ekoloji məsələlərin həlllinə xərclənəcək. Həmçinin neft emalı sahəsinin inkişafına və modernləşdirilməsinə vəsait ayırmaq mümkün olacaq".

Millət vəkilinin fikrincə, Aİ-92 markalı benzinin qiymətinin artırılması məcburi tədbirdir: "Dövlət bu addımı ekoloji, texnoloji və investisiya problemlərini vaxtında həll etmək imkanına malik olmaq üçün atır. Bu tədbirlər digər ölkələrdə də həyata keçirilir. Məsələn, Rusiyada son günlər benzin bahalaşmağa başlayıb".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar