Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belə qiymətləndirmə münaqişənin həllinə xidmət etmir“



"Bir deputatın şəxsi fikri Litvanın mövqeyini əks etdirmir"


"Litva Seyminin deputatı Dalya Kuoditenin şəxsi fikri Litvanın mövqeyini əks etdirmir"

Bunu Seymin üzvü Yuras Pojela Azərbaycanın hava məkanında Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı D.Kuoditenin təxribat xarakterli bəyanatını şərh edərkən deyib.

D.Kuodite ötən cümə günü bəyan etmişdi ki, Azərbaycan hərbi helikopteri vurmaqla "həmişəki təxribatı" törədib.

Y.Pojela hesab edir ki, belə qiymətləndirmə birtərəflidir və münaqişənin sülh yolu ilə həllinə xidmət etmir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan qoşunlarının yerləşdiyi Azərbaycanın ayrılmaz tərkib hissəsidir: "Beynəlxalq ictimaiyyət bir sıra qətnamələr qəbul etməklə qoşunları bu ərazidən dəfələrlə çıxarmağa çağırıb. Kuoditenin ayrı-ayrı fikirləri və Seym Şurasının lazımi icazəsi olmadan bu yaxınlarda münaqişə ərazisinə səfəri beynəlxalq hüquqa ziddir, münaqişənin sülh yolu ilə nizamlanması və Azərbaycan-Litva əlaqələri üçün zərərlidir".

Seymin üzvü əlavə edib ki, Sovet ordusunda "uçan tank" adlandırılan vurulmuş Mi-24 hərbi helikopteri Dağlıq Qarabağda hərbi hazırlıqda iştirak edib ki, bu da beynəlxalq sazişlərə müvafiq olaraq yolverilməzdir.

Deputat, həmçinin parlament üzvlərinin münaqişənin sülh yolu ilə və davamlı nizamlanmasına xidmət etməyən və yalnız separatçıları dəstəkləyən dövlətlər üçün sərfəli olan belə bəyanatlarından təəssüf hissi keçirdiyini bildirib.

Y.Pojelanın bəyanatı Litva Seyminin saytında yerləşdirilib.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. (trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar