Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bayramqabağı bu qədər bahalıq yaratmaq kimə lazımdır?”


Məmurlara sərt ittiham


"Hökumətdəkilər xalqı fikirləşmir. Bayramqabağı bu qədər bahalıq yaratmaq kimə lazımdır? Bütün bunlar onu göstərir ki, ölkədə ciddi narazılıq yaratmaq istəyirlər”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, bayramqabağı qiymətlərin bu şəkildə qaldırılması insanlar tərəfindən hiddətlə qarşılanır: 

«Qoz-fındıq ləpəsi 20-30 manat, ət 15 manat, toyuq əti 5 manat, beləcə digər ərzaq məhsullarının da qiyməti kəllə-çarxa qalxıb. Azərbaycan xalqının ən əziz bayramı Novruz bayramıdır. İndi elə bir vəziyyət yaradıblar ki, insanlar ürəkaçıqlığı ilə bayram da qeyd edə bilmir. Bu gün bayram məmur təbəqəsinə, onların saxladıqları ikinci, üçüncü arvadlarına aiddir. Həmin məmurların sadə vətəndaşlardan xəbəri yoxdur. Onlar bilmirlər ki, adam var evinə ayda bir kq ət ala bilmir».

Partiya sədri deyib ki, bu gün məmurlar yalan danışırlar. Onun fikrincə, ölkədə sanki yalançıların bəxti açılıb. 

«Telekanallarda məmurlar yalan danışırlar, amma bazarlara gedəndə görürlər ki, qiymətlər kəllə-çarxdadır. Bu gün kasıb camaatın ah-naləsi ərşə çəkilib. Bir qrup məmur ölkə başçısına zərbə vurmağa çalışır. Bütün fəaliyyətlərini camaatın narazılığının böyüməsinə yönəldiblər. Bu narazılığı daha da böyüdən kənd təsərrüfatına baxan məmurlardır, başda nazir olmaqla, fəaliyyətlərini bu istiqamətə yönəldiblər. Mən bu barədə dəfələrlə faktlar açıqlamışam, amma mənə dörd bir yandan təzyiqlər olur ki, onun barəsində o cür fikirlər səsləndirmə. Amma mən dövləti və dövlətçiliyi hər şeydən üstün tuturam deyə, öz yolumdan dönmürəm. Amma bu gün vətəndaş bayram bazarlığı edə bilmirsə, bir kq ət, yarım kq ləpə, bir toyuq ala bilmirsə, onda hansı ədalətdən danışmaq olar?», - deyə H.Hacıyev əlavə edib.

Müsahibimiz onu da bildirib ki, hakim komandada böyük bir xəyanət baş alıb gedir. Onun fikrincə, hökumət rəsmiləri kağız üzərində olan irəliləyişi əllərində bayraq ediblər, halbuki heç bir irəliləyiş yoxdur: «Kənd təsərrüfatı başda olmaqla, bütün sahələr üzrə geriləmə var. Nə qədər ki, bu məmur təbəqəsi var, Azərbaycan kəndlisi, kasıbı, yoxsulu ağır vəziyyətdə yaşayacaq. Ona görə də bu qocalar evindən qurtulmaq lazımdır.

Amma bu ağır güzərana baxmayaraq, mən əziz xalqıma möhkəm iradə arzulayıram və bayram münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, bu mənfur məmurlardan canımızı qurtaraq, ondan sonra həyat şəraiti də, bayramlarımız da gözəl olar».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar