Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bayram şənliklərinə qatılmaq istəyənlər ictimai nəqliyyatdan istifadə etsinlər”


“Bakıda Novruz bayramına hazırlıq işləri gedir. Bayram günlərində paytaxtın mərkəzi yollarında və rayonlara gedən yollarda canlanma müşahidə olunacaq. Bu münasibətlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib”


Bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 9 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlükəsizik tədbirləri görulüb, polis əməkdaşlarının sayı artırılıb.

Şöbə rəisi sürücülərə xəbərdarlıq edib: “Bayram şənliklərinə qatılmaq istəyənlər əraziyə şəxsi avtomobillə gəlməyin mümkün olmadığını düşünməlidirlər. Yəni təhlükəsizliyin təmin edilməsi, şənlik iştirakçıları arasında asayişin qorunması məqsədilə şəxsi avtomobillə gəlməmək tövsiyə olunur. Gənclər meydanı, Qoşa qala qapısı, İçərişəhər, Qız qalası və ətrafı, Dənizkənarı Milli Park boyu bir-birindən fərqli bayram şənliklərin keçirilməsi nəzərdə tutulub. Ora qatılmaq istəyənlər, iştirakçılar da çoxdur. Bayram şənliklərinə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”.

Qeyd edk ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il ölkəmizdə Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23 və 24-ü qeyri-iş günləridir. Martın 18, 19, 25 və 26-sı şənbə və bazar günlərinə təsadüf etdiyindən iş olmayacaq. Beləliklə, qeyri-iş günlərinin sayı 9 gün olacaq. Martın 27-si isə iş günü hesab edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar