"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni uzadıb
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 2022-ci ilə kimi sözləşmə imzalayıb.
Yeni müqavilə ilə "Barsa" Robertoya 500 milyon avro qiymət qoyub.
Qeyd edək ki, İspaniya millisinin üzvü "Barselona"nın yetirməsidir. O, 2010-cu ildən əsas komandada çıxış edir.
Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.
pia.az