“Barselona”nın müdafiəçisi zədələnib
Komandanın təcrübəli futbolçusu Xavyer Maskerano sıradan çıxıb.
33 yaşlı müdafiəçi Argentina millisinin Nigeriyaya qarşı keçirdiyi matçda (2:4) zədələnib. Məlumata görə, oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Maskerano bu mövsüm “Barselona”da 10 oyun keçirib.
pia.az