"Barselona" Serxio Busketslə müqaviləsini rəsmən yeniləyib
Goal.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 5 illik müqaviləyə imza atıb. Tərəflərin razılığı olsa bu müddət daha 2 mövsüm uzadıla bilər.
Yeni müqavilədə Busketsin buraxılış qiyməti 200 milyon avroya çatdırılıb. O, "Barsa"nın əsas komandasında 2008-ci ildən çıxış edir. Buskets karyerası ərzində katalon klubunda 384 rəsmi oyuna çıxıb və 12 dəfə fərqlənib.
pia.az