Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Banklar acgözlük etdiyinə görə, kortəbii “qara bazar” yaranır” - Ekspert


Əkrəm Həsənov: “Azərbaycanda valyuta bazarı çox intensivdir, daim satan və alan çoxdur. Buna görə də bankların inhisarçı mövqelərindən istifadə etməsi reallıqda mümkün deyil”


“Bu bazarın müsbət tərəfləri var: Həqiqi real məzənnə müəyyən olunur və əhali aşağı qiymətlə dollar alır və orada yuxarı qiymətlə dollar satır”.

Bu sözləri “qara bazar”da dolların alış və satışının banklara nisbətən ucuz başa gəlməsinin bank sektorundakı təsirinə münasibət bildirən bank sektoru üzrə ekspert Əkrəm Həsənov PİA.AZ-a açıqlamasında qeyd edib. 

Son dövrlərdə bankların dollar satışı həyata keçirməməsi “qara bazar”ın inkişaf etməsinə şərait yaratmışdı. Hökumət isə bunun qarşısını almaq üçün “qara bazar” əməliyyatları apardı və vəziyyətdən çıxmaq üçün AMB marjanı ləğv etdi, bankların dollar satışını bərpa etdi. Bankların özlərinin istədikləri qiymətlərlə dollar alıb sata bilməsi isə “qara bazar”da yenidən aktivliyə şərait yaratdı. Belə ki, “qara bazar”da dolların satış qiyməti banklardakı satış qiymətinə nisbətən aşağı oldu. Bəs görəsən bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edir? ABM-in qərarını  “qara bazar”ın ayaqda saxlanılması üçün düşünülmüş addım hesab etsək, bank sektoruna və maliyyə bazarına necə təsir edəcək?

FAO0SWsc7EDBNDpHOjRiT2KLMTmOFQBgAOSBp03bjqB8QXN4x9s09o810jbb8ufib5rm8w0+sadFw9N2XxdhnMYB/y/oub7MupOQScBUivcujxcYH+n9Fzhpa3IqMMu35OY90sdbiuBhihGZVnZLh6sYrnmx0Yuv8ASJyzNUztFOxGRqNiuaLowDiAqnVm9p/Svi6Xap6HeqqR6xqyWy8/FiRHNfFc4Xcia4q9tCI5sN7mmhDSQeRSuct2V6dx/a2LVzvarbmThxXsZeiuabpugBt4Zi8c6HlVZ6b2pnWw3H15ypkK1OGGHasE7PuXTh29SM88b066BM+lOauhsGDDhgClXViO7sgPArOz+2E/GwfMxKHg11weDKBUdEKLaYyMinx3E1Jx58UgknMo6IimDb28jiMQe0LSWFbxcKE0eAQQePKizrioTg68XNzGaWWMp45WOrQI7XAOBqcCaVOZOHac+CmxJQRG8s8Ae01roue7K29diNbEyJxOWK6ZKTDCwOaBWvCnMChXPnhp0YZ7UjbCF6pJrjxwrhn81cQZP1YwccbuBpQ8+3l4IhGYcz72PK6P78NEmZmBgcq4jsoMQKafNTZavcgRY4yNKjh2Z4fJVEzP0OFAKHLdPEHxp4pjaa1mscDXGh7CXAUGI4YfJZd01EdhewzNBxIP08leODPLNbT1qNJuh2PI4ilTn289O1PTUhckYkzEFBEpDgNObrx6UTS61xHbjyVnsTsgY7vWxW+xaRgR1pHAfw5VKR6XLRBiw5Zu7CbecBkHv3RTsaP961xxY5ZVztgxTkU9FJhjFKmchqtEDhgJwN7U3DTrUjKAPNGCUSAKCKKMBE1ycbjwQBBGjBARChQC2IPfRBR40SlTy80AJqNQXBxzUZsNJh44nMqwgyxIqkbqG00mY0EsBoSRjosmzZOKQKxRh2LeOFcCliXauHHenTsh0M+qu8blO+iwkbZaaGQDtCugO5ImwB2pSHMrGe2Rs6NBL/WtpUCmKgbX2fGiRg6HDc4BtDTmtkW04oQ2k5GiNfJ9/wA7ZHYuWisjOvw3NF3Mham1Oqf8JUhoI4onYpaK5b+XIrQv3DUEDDMHmFU0x7ltvSPalC2VbTg+IQB+hv18FijmF2dHHWLHq591KojDUEoLZkQQkkJ2iS5qAYiZKPLcU/FCRBb/AHQDUSDiKYHOq2kl/i4UCFFLXPhOYCaDEGgypmK17aFYx7uku2+jSZESSY00Nxz2EHEb14fJwSsPbnQ2hONQa1N0GlBr98UuZ2ic6lwEUGIccDlSrR2+S6jb+xtmxRV7RCiPJulmBc7sbx7Vl2eji44F0VlznU3iPgpiewKNfhc+fbBw4MSM9tSXV44mmdAO+q6Zsj6ON2LN1pTqv3sBv8hhktfsxYMrBYHQQ15yv4HEZgcqeKvIjk5E2/ZWWlMQ5eC95AbDhMLqDABrRWgC872rOPjxXxn70RxceyuQHYBQdy636WbTuSohA9KM8D/TZRzvncHeuOkKkiY1Nx8SAnio7TU1QDrQlBJASmhMDKMIkpoQBhOE0CTCzrySI0SiAJ7ki+mHzISA5xySNZesqK9ygTESppwCdhtc1pJ5KKx3PikEiCQrGGzDNQYUM8j3K6lY8FraOgvJ51ATDp7XYhSAVVQrQhH9q3xCnQ5lhye06OC4cY6KW8p1hUVz8U/DOCMRS4xwSYBRR3YJMu5HsekhxwTJeBmcOJ5BLe7BZvbl7/8ABRblfdDqZ+rLhe7ufZVGt5aHpzq25sxpmLF/feSMa9EYNx0ATDuBSGYgJZyXdPhz0tGkowmRSIhAFAFANuGCbYn3BM0QESIMSV0b0R2lSI+ATvgPb8TcHfIj+VYCIyqlWDaD5eM2K0VLHVpzBBDm94JHegLe1ttJqLMxYrIrmBxLGAZNgscbgHKuZPEnRVsa05mO4X40Rxyxe/Llmj2sk4UGZPqDWBFYyPB/hhRK9Dso4OFOFELJYCS45BS6OlvKzFMs+34tnPBlH3XVrEaSXQ39jmVoT25jmu3bOW//AIyAyK6C+C9zamG8HEZXmE7zDwK5f6NtmmzUd85GaPUwXUa33XxhjiDmG4HUhdYtObZAgRI0T3Gl/bUDotHl3pyI6uXdl8ORek20vXTrmA9GCBDHK9vPOtTT9KyVaJ2NFc9znvNXOJc483ONSfFRpiJwCGRlzi40rgly4wTbWn77cFKhtogDogEopNUwIlLrQV+6pATjhiB3oA63WqIIRccVImClS4QCWSbRwTrWAZf2CU48ElrA7A5eZQEWdmWkXW8eKiMoFOtOTwDm8Mx2HiorII4qTOw4wOFaK3lrOhObUxaHvVOyGOClsgkjNMHaHmfFLbEePePiggoM42djDKI7xUmFbk03KK7xKJBLUG0pu1M3xfXUBSYG2Mw33WnuQQS7Z9j7qls23fk6E3uql7UT8WLJl0JtYb957Sata0guaW0zyr2FEgiYTex3XTn0Mkacf6p8FGgtUChOzH3ROoIJgERQQQASHBBBAITd2hBQQQDcy8h4qKilBU5CpJA5YknvKsYZvQnBopxzrh4I0ETlrhdR3DYKzRCkJZgp1TYjqcYkT2jj4up3LP8ApctO7BhwAcYrrzv8uHQ073Fv8pQQRWTk8WKBqozakoIIM+yHQJ6iCCCE5IRoIBUMJbMye778UEEAgsqVIogggEu5JLphgwrjyCNBASYAY+ofEDG3XVc7IG6SBmMSaDPimW2MzjaMlWuHtYtKVoST6rD6jFBBKmVDsyHiDPSgIddIMR9CLrXBzXCGajpFprShaRilWhHhS7vVksjkDF8u/wBZDBqRdvEDHCuGGIxQQSD/2Q==" alt="Image result for əkrəm həsənov">

Əkrəm Həsənov: “Bankların alış və satış məzənnələri arasında böyük fərq qoymaları yeni “qara bazar”ın yaranmasına şərait yaradır”.


“Qara bazar”ın yenidən aktivləşməsinin günahkarı bankların olduğunu vurğulayan Əkrəm Həsənova görə, bu durumun Azərbaycan iqtisadiyyatına zərəri yoxdur:

“Manat 4%-lik marja əsirliyindən qurtulandan sonra banklar valyuta mübadiləsini istədikləri məzənnə ilə həyata keçirirlər. Neft Fondundan 7,5 mlrd. manat peşkəş gözləyən Mərkəzi Bank isə banklara rəsmi məzənnəsi ilə dollar satmağa başlayıb. “Qara bazar”ın ləğv olunduğunu düşündüyümüz halda görünən odur ki, əvvəlki “qara bazar”ın yerini indi başqası tutacaq.

Belə ki, hazırda bankların dollar alışı və satışı məzənnələri arasında kəskin fərq (spred) var: 6-11 qəpik. Demək olar ki, banklarımız əhalidən dolları Mərkəzi Bankın rəsmi məzənnəsi, bəzən isə ondan da aşağı məzənnə ilə alır və minimum 1,86, maksimum isə 1,89 məzənnə ilə satırlar. Dollar alışının Mərkəzi Bankın məzənnəsi ilə həyata keçirilməsi anlaşılandır: baş bankdan hazırda həmin məzənnə ilə kifayət qədər dollar ala bilən bank nəyə görə əhalidən daha yüksək məzənnə ilə alsın ki? Ancaq dollar satışı məzənnəsinin müqayisədə xeyli yüksək olması onu göstərir ki, banklar dollara olan böyük tələbatdan sui-istifadə etmək istəyir. Burada qanunsuz heç nə yoxdur! Lakin açıq-aşkardır ki, normal bazar şəraitində belə yüksək fərq olmamalıdır.

Düzdür, qabaqcıl Avropa ölkələrində də banklar valyuta mübadiləsindən yüksək gəlir götürür: məzənnə fərqi ilə yanaşı, hətta yüksək komisyon haqq da tuturlar. Lakin həmin ölkələrdə valyuta mübadiləsi əməliyyatlarına tələbat azdır, çünki öz milli valyutaları (avro, funt sterlinq, İsveçrə frankı) güclüdür və başqa valyutalardan istifadəyə lüzum yoxdur. Buna görə də orada bu əməliyyatlar bankların fəaliyyətinin cüzi hissəsini təşkil edir.

Bizdə isə valyuta əməliyyatları bankların fəaliyyətinin xeyli hissəsini təşkil edir. Ümumiyyətlə, Azərbaycanda valyuta bazarı çox intensivdir, daim satan və alan çoxdur. Buna görə də bankların inhisarçı mövqelərindən istifadə etməsi reallıqda mümkün deyil. Yəni, Avropada bankların məzənnə fərqi və komisyon haqqı yüksək olsa da, onlarla heç kəs rəqabət aparmaq istəmir, çünki bazar kiçikdir, həcm baxımdan böyük gəlirlilik yoxdur. Azərbaycanda isə həcm iri olduğu üçün gəlirlilik də böyükdür. Buna görə də banklar inhisarçı mövqelərindən bu şəkildə istifadə edə bilməz. Avtomatik olaraq yeni “qara bazar” yaranacaq ki, tələb və təklif arasında optimal balans yaransın.

Əkrəm Həsənov: “Əgər banklar alış və satış məzənnələri arasında fərqi azaldıb bazara özləri sahib çıxmasa, və manatın real dəyəri elə “qara bazar”da müəyyən olunacaq”.


Belə ki, hazırda “qara bazar”, məsələn, dolları əhalidən 1,8 məzənnəsi ilə ala və 1,85 məzənnəsi ilə sata bilər. Hər dollarda 5 qəpik qazanc çox böyük rəqəmdir. Buna görə də banklar məzənnə fərqini azaltmayınca mütləq kimlərsə bu fəaliyyətlə məşğul olacaq. Özü də bu dəfə onlara heç kəs əngəl yaratmayacaq. Yəni dövlət orqanları belə valyuta alverçiləri ilə ciddi məşğul olmayacaq, çünki dövlət üçün burada ciddi təhlükə yaranmır (vergidən yayınmanı nəzərə almasaq), itirən sırf banklar olacaq. Uzağı yerli hüquq-mühafizə orqanının “pay”ını verib işləyəcəklər. Dövlət bu “pay”ı itirilən verginin əvəzi hesab edərək bu qanunsuz fəaliyyətə əsasən göz yumacaq.

Yeni qara bazarın əvvəlkindən 2 əsas fərqi var: 
1) qara bazarın mənsubiyyəti; 
2) qara bazarın məzənnə siyasəti.

Əski “qara bazar”ın arxasında əsasən banklar dururdu və faktiki vahid (uzağı bir neçə) mərkəzdən idarə olunurdu. Mərkəzi Bankdan kifayət qədər dollar ala bilmədikləri və aldıqlarını 4%-li marja çərçivəsində satmalı olduqları üçün banklar onu “qara bazar”a ötürürdü. İndi isə bankların buna ehtiyacı yoxdur. Buna görə də yeni “qara bazar”da da bəzi bankların müəyyən iştirakı istisna edilməsə də, o, əsasən qeyri-bank alverçiləri tərəfindən pərakəndə şəkildə işlədiləcək.

Əski qara bazar dolları bankların məcburən elan etdiyi məzənnədən baha satırdı, çünki reallıqda banklar həmin məzənnə ilə dollar satmırdı. Yeni “qara bazar” banklar kimi Mərkəzi Bankdan rəsmi məzənnə ilə ucuz dollar ala bilməyəcək. Buna görə də elə birbaşa əhalidən bir qədər baha alacaq. Banklar kimi baha da sata bilməyəcək, amma həcm baxımdan daha çox satacaq və bunun nəticəsində xeyli dövriyyəsi olacaq. Buna görə də faktiki valyuta bazarı yenə “qara bazar” olacaq və manatın real dəyəri məhz orada müəyyən olunacaq. Əlbəttə, əgər banklar alış və satış məzənnələri arasında fərqi azaldıb bazara özləri sahib çıxmasa...
Yəni, bu düşünülmüş bir şey deyil. Sadəcə banklar acıgözlük etdiyinə görə kortəbii “qara bazar” yaranır. Yəni bu artıq mahiyyətcə başqa “qara bazar”dır. Bu bazarın müsbət tərəfləri var: həqiqi real məzənnə müəyyən olunur və əhali aşağı qiymətlə dollar alır və orada yuxarı qiymətlə dollar satır. Bütövlükdə iqtisadiyyata zərəri yoxdur. Bu bankların öz günahıdır: alış və satış məzənnələri arasında böyük fərq qoymaları yeni “qara bazar”ın yaranmasına şərait yaradır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar