Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bal ayı” başa çatdı?- Kreml Trampdan əlini üzdü, Rusiya mediası “hücuma“ keçdi


Son bir neçə ayda Kremlə yaxın media ABŞ-ın yeni prezidenti Donald Trampı tərifləməklə məşğul idi



 Hələ seçkiöncəsi kampaniya zamanı Rusiya dövlət televiziyası və hakimiyyətyönlü qəzetlər Trampı az qala, «rusofob Vaşinqton elitası» ilə döyüşən qəhrəman kimi təqdim edirdi. 

KİV-lər Trampın Rusiya-ABŞ münasibətlərinin istiləşməsi ilə bağlı çağırışlarını alqışlayır, qəribə görünən bəyanatlarına ötəri toxunurdular.

Tramp sanki Rusiya siyasətinin əsas fiquruna çevrilmişdi. Məsələn, yanvar ayında Rusiya mediasında Trampın adı prezident Vladimir Putindən daha çox çəkilmişdi.

Lakin az sonra intonasiyada dəyişiklik hiss olunmağa başladı.

Bugünlərdə Rusiyanın tanınmış nəşrlərindən olan  "Komsomolskaya pravda" prezident Trampı NATO ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirməkdə ittiham etdi:

«Seçkiöncəsi kampaniya zamanı Tramp alyansı qocalmış və faydasız adlandırmışdı. Lakin cəmi bir neçə ay sonra – prezident kabinetinə yerləşən kimi NATO-ya tam dəstəyini ifadə etdi. Trampın bu məsələ ilə bağlı həqiqi mövqeyini necə deyərlər, şüşəsiz (araq şüşəsi) başa düşmək çətin olar». 

Tərifdən tənqidə… 

Hökumətyönlü "Rossiyskaya qazeta" da ABŞ prezidentinin ziddiyyətli açıqlamalar verdiyini tirajladı: 

"Son vaxtlar Ağ EvdənTrampın xarici siyasət kursu, həmçinin Rusiyanın maraqlarına toxunan məsələlərlə bağlı ziddiyyətli açıqlamalar gəlir".

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sregey Lavrovun G20 sammiti çərçivəsində baş tutan görüşü barədə isə qəzet bunları yazdı: «Reks Tillersonun özünü itirdiyi və necə gərgin olduğu açıq hiss olunurdu».

«Vedomosti» nəşrinin qənaətinə görə, Rusiya ilə bağlı məlum təzyiqlərdən sonra Tramp çətin ki, Kremllə danışıqlarda gözlənilən güzəşt mövqeyini nümayiş etdirəcək: 

"Onun hər addımı, xüsusən də hər hansı güzəşti mikroskopla araşdırılacaq. İndi hətta o görünür ki, Trampın qələbəsi üçün badə qaldırmağa dəyəcək hər hansı imkanlar pəncərəsi qalmayıb».

Fokus dəyişikliyi

Son günlər Rusiya telekanallarında Trampdan çox az bəhs olunur.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinin istefasının bütün dünya KİV-ləri işıqlandırdı. Lakin «Rossiya-1» kanalı 45 dəqiqəlik xəbərlər buraxılışında məlumata heç toxunmadı da.

Flinin məhz Rusiya amilinə görə istefa verdiyi nəzərə alınsa, bu ölkənin mətbuatının xəbərin üzərindən sükutla keçməyi olduqca qəribə görünür.

Bir neçə gün əvvəl isə xəbər yayıldı ki, Kreml hakimiyyətyönlü telekanallara Trampla bağlı müsbət xarakterli xəbərləri məhdudlaşdırmaq göstərişi verib.

Müstəqil siyasi şərhçi Konstantin Eqqert deyir ki, Rusiya dövlət kanallarından birinə yaxın mənbə ona bu göstərişin Flinin gedişindən sonra verildiyini deyib:

"Bildiyim qədər, söhbət təkcə Trampın fəaliyyəti yox, bütövlükdə ABŞ-la bağlı xəbərlərin miqyasını azaltmaqdan gedir. Trampın fəaliyyəti ilə bağlı müsbət məqamlar da şübhəsiz ki, «qayçılanacaq». Kremlin niyyəti Moskva-Vaşinqton münasibətlərinin düzələcəyinə dair gözləntiləri azaltmaqdır. Onu da deyim ki, ötən ilin noyabrında rusiyalı məmurlardan biri mənə demişdi ki, Trampın qələbəsini siqar və şampan badəsi ilə qeyd edib…». 

Putinin mətbuat katibi Dmitri Peskov isə Kremlin telekanallara göstəriş verdiyini yalanlayıb və xəbəri uydurma adlandırıb. 

"Bizim KİV-lər redaksiya siyasətlərini müstəqil şəkildə müəyyən edirlər», deyə Peskov bildirib.

Jurnalistin «Rusiya telekanallarında Trampla bağlı məlumatların azalmasını qəribə hesab etmirsinizmi» sualına isə Peskov belə cavab verib: «Düzü, biz informasiyaların proporsiyalarına o dərəcədə diqqət etmirik».

Rusiyanın yüksək vəzifəli rəsmilərinin qəzəbli reaksiyasından belə başa düşmək olur ki, Moskva Maykl Flinin gedişindən çox məyus olub. Belə ki, keçmiş müşavir iki ölkə arasında münasibətlərin daha yaxın olmasına səy göstərirdi.

Bütün bunların ardınca Trampın məlum Krım bəyanatı səsləndi. Və məlum oldu ki, ABŞ-ın yeni rəhbərliyi ilhaq edilmiş yarımadanın Ukraynaya qaytarılmasına tərəfdardır.

Baş verənlər Rusiyanın gözündə "180 dərəcəlik dönüş" təəssüratı yaratdı. Cəmi bir neçə ay əvvəl – seçkiöncəsi kampaniyası zamanı Tramp telekanallardan birinə Krımla bağlı belə açıqlama vermişdi:  

"Eşitdiyimə görə, Krım əhalisi daha çox Rusiya ilə olmaq istəyir, nəinki əvvəl olduqları (Ukrayna) yerdə».

Tramp komandasının yeni üzvlərinin son günlər Rusiya ilə bağlı açıqlamaları da diqqətçəkəndir.

Məsələn, müdafiə naziri Ceyms Mattis açıq şəkildə bəyan etdi ki, ABŞ Rusiya ilə hərbi əməkdaşlığa hazır deyil. Üstəlik Rusiyanın aqressiv addımları sitibilliyi və beynəlxalq qanunvericiliyi pozur. 

ABŞ dövlət katibi Reks Tillerson isə Lavrova açıq mesaj verdi ki, Moskva ilə ilə əməkdaşlıq imkanlarını istisna etmirlər. Lakin bu məsələdə öz maraqlarını ön planda tutacaqlar: 

“Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlıq imkanlarına yenidən baxacaq. Lakin bu o vaxt baş verəcək ki, biz Amerika xalqının xeyrinə olan qarşılıqlı fəaliyyət sahəsi tapmış olacağıq. Fikir ayrılıqları olan məsələlərdə isə ABŞ özünün və müttəfiqlərinin maraqlarını əsas götürəcək».

Dövlət katibi Rusiyadan Minsk sazişinin icrası və regionun sabitliyi istiqamətində addımlar gözlədiklərini də Lavrovun diqqətinə çatdırdı.

Göründüyü kimi, Rusiyanın Trampın seçildiyi ilk dönəmlərdəki eyforiyası yox olmaq üzrədir.

Hadisələrin hansı istiqamətə inkişaf edəcəyini zaman göstərəcək. Hələliksə Rusiyanın Trampla bağlı ümidlərinin «suya düşdüyü» görünür. 

Trampın qələbəsi üçün badə qaldıran Rusiya elitası çox güman ki, bu cür dönüş nöqtəsini proqnozlaşdırmamışdı. İndi yeni bir ümid üçün onların da gözləntisi Trampla Putinin qarşıdakı aylarda baş tutması gözlənilən görüşüdür.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar